Icma.az
close
up
RU
Menu

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Azərbaycan futbolunun əfsanəsi

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

Müstəqilliyimiz əbədi və sarsılmazdır ŞƏRH

Müstəqilliyimiz əbədi və sarsılmazdır ŞƏRH

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məlumdur ki, Xalqımızın müstəqillik mücadiləsində baş verən bir sıra hadisələr tariximizin şərəfli səhifələridir. Bunların arasında Naxçıvan Ali Sovetinin 17 noyabr 1990-cı il tarixli qərarları ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının bayrağı kimi təsbit olunmasını, muxtar respublikanın adından "sovet" və "sosialist" sözlərinin çıxarılmasını, həmçinin, SSRİ-nin saxlanılması ilə bağlı referendumun Naxçıvanda boykot edilməsini xüsusi qeyd etmək olar. Ulu Öndər Heydər Əliyevin siyasi liderliyi ilə reallaşan bu tarixi hadisələr o zaman xalqımızın milli müstəqillik mücadiləsini yeni keyfiyyət mərhələsinə yüksəltmiş, bu mübarizəyə qoşulan vətəndaşlarımızı daha da ruhlandırmış, bütövlükdə cəmiyyətimizdə müstəqillik ideyasının daha da güclənməsinə səbəb olmuşdu.

Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan Ali Sovetinin 1991-ci il avqustun 30-da keçirilən növbədənkənar sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamənin qəbul edilməsi də Heydər Əliyevin yeni mərhələyə yüksəltdiyi və uğrunda fədakarlıqla mübarizə apardığı ümummilli siyasi prosesin nəticəsi idi. Bəyannaməyə əsasən, Ali Sovet Azərbaycan xalqının ali dövlət mənafelərini rəhbər tutaraq və onun iradəsini ifadə edərək və digər prinsipləri rəhbər tutaraq Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu elan etdi. 1990-cı illərin əvvəllərində Azərbaycana rəhbərlik edənlərin müstəqillik ideyalarından uzaq olması nə qədər təbii görünsə də, özlərini milli azadlıq mücadiləsinin lideri hesab edənlərin də gələcəyə hesablanmış təkmil ideyaları yox idi. Beləliklə, 90-cı illərin əvvəllərində Azərbaycanda müstəqillik uğrunda mübarizə aparılsa da, bu prosesin əməli işlərlə, hüquqi aktlarla gücləndirilməsi və nəticəyönümlülüyü məhz xalqımızın dahi oğlu, görkəmli və təcrübəli siyasətçi Heydər Əliyevin cəsarəti və qətiyyəti sayəsində mümkün olmuşdu. Heydər Əliyev həmin dövrdə Naxçıvanda fəaliyyət göstərirdi. O dövrün təhlili göstərir ki, müstəqillik mövzusu və bu istiqamətdə gərəkən addımlar Heydər Əliyevin fəaliyyətinin başlıca leytmotivi idi. Xüsusən Azərbaycan Ali Sovetinin iclaslarında Heydər Əliyev kommunist partiyası hakimiyyətinin sonunun çatdığını, SSRİ-nin tezliklə dağılacağını və respublikalarda başlanan müstəqillik mübarizələrinin qalib gələcəyini bəyan edirdi, dövlət müstəqilliyinin qaçılmaz proses olduğunu deyirdi.

Ulu Öndərin lideri olduğu prosesin nəticəsi kimi 1991-ci il fevralın 5-də Azərbaycan parlamenti də respublikanın adının dəyişməsi və dövlət bayrağı haqqında qərar qəbul etdi. Dövlətin adı dəyişdirilərək "Azərbaycan Respublikası" adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu. Azərbaycan Ali Sovetinin 7 mart 1991-ci il tarixli iclasında Heydər Əliyev Azərbaycanın müstəqilliyi ilə bağlı deyib: "Mən yeni ittifaqa nail olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Bu, bütün seçicilərimin, deputatı olduğum Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının yekdil fikridir. Azərbaycanın tam istiqlaliyyət, azadlıq, iqtisadi və siyasi müstəqillik yolu ilə getməsinin tərəfdarıyam. Azərbaycan xalqı artıq bu yola çıxmışdır. O öz tarixini yenidən təhlil edir, yenidən qiymətləndirir, öz milli ənənələrini bərpa edir, milli köklərinə qayıdır. Respublikada aşağıdan, xalq kütlələri tərəfindən başlanmış milli dirçəliş, dövlət dirşəlişi hərəkatı inkişaf edir".

1991-ci il iyulun 19-da kommunist partiyasının sıralarını tərk edən Heydər Əliyev bununla bağlı SSRİ Nazirlər Kabinetinin partiya təşkilatına müraciətində bir daha yeni ittifaq müqaviləsinin əleyhinə çıxdığını bəyan etdi: "Mən mərkəz tərəfindən sırınan yeni ittifaq müqaviləsinin əleyhinə çıxmışam və çıxıram, hər hansı bir suveren dövlətin tərkibində bir neçə suveren dövlət və eləcə də bundan irəli gələn azadlıqlar, səlahiyyətlər və funksiyalar ola bilməz. Bütün müttəfiq respublikalara əsl siyasi, iqtisadi azadlıqlara, milli dövlət dirçəlişi üçün müstəqilliyə imkan vermək lazımdır". O dövrün həqiqətlərindən biri də budur respublikaya rəhbərlik edənlər vəziyyəti düzgün qiymətləndirmək qabiliyyətindən uzaq idilər. Bunu onların 1991-ci ilin 19-21 avqust hadisələrində münasibətdə ortaya qoyduqları mövqe də təsdiq edir. Bu hadisədən sonra əksər müttəfiq respublikalar dövlət müstəqilliyini rəsmən bəyan edərək, müvafiq sənədlər qəbul etsələr də, Azərbaycanın o vaxtkı rəhbərliyi qorxaq mövqe nümayiş etdirirdi. Amma bu hadisədən sonra, 1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi. Bu proses bütün respublikaya sirayət etdiyindən A.Mütəllibov iqtidarı xalqın iradəsi qarşısında geri çəkilməli oldu. 1991-ci il avqustun 30-da isə Azərbaycan Ali Soveti "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannaməni qəbul etdi. 1991-ci il oktyabrın 18-də isə Azərbaycan Ali Soveti "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nı qəbul etdi. 1991-ci il oktyabrın 19-da Azərbaycan Ali Sovetinin sessiyasına ünvanladığı müraciətdə bu hadisəni yüksək qiymətləndirən Heydər Əliyev yazırdı: "Biz bu gün xoşbəxtik ki, nəhayət, Azərbaycan Respublikasının ali hakimiyyət orqanı tərəfindən milli azadlıq niyyətlərimizin həyata keçirilməsi üçün ilk addım atılıbdır". Tarix sonrakı dövrdə Ulu Öndər Heydər Əliyevə həm də xilaskarlıq missiyasını həvalə etdi.

Ən əsası, 1993-cü ildə xalqımızın istək və arzusu ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev hələ kövrək olan müstəqilliyimizin yenidən itirilməsinin qarşısını aldı, onu əbədi, dönməz və sarsılmaz etdi. Prezident İlham Əliyevin qətiyyətli və müdrik siyasətinin nəticəsi olaraq müstəqilliyimizin təməlləri daha da möhkəmləndi. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən hər uğur, o cümlədən torpaqlarımızın işğaldan azad edilməsi, bütün ərazilərimiz üzərində milli suverenliyimizin təmin olunması həm də Azərbaycanın dövlət müstəqilliyinin təntənəsidir.

Arif Kərimov,

YAP Göygöl rayon təşkilatı üzrə Göygöl rayon Təhsil Sektoru ərazi partiya təşkilatının üzvü, partiya veteranı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Sentyabr 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see497

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see303

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see245

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see242

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see236

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see235

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see227

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see218

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see212

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see199

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see193

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see192

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see188

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

02 Sentyabr 2026 17:42see185

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

02 Sentyabr 2026 18:21see185

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see176

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see176

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

02 Sentyabr 2026 21:07see174

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see169

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri