Müstəqilliyimizin Bərpası Günü Edinburqda qeyd olunub FOTOLAR
Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
Şotlandiyanın Edinburq Universitetində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir təşkil edib.
"Unikal" xəbər verir ki, iştirakçılara Azərbaycanın dövlət müstəqilliyinin tarixi, milli kimlik və mədəniyyətin qorunması istiqamətində atılan addımlar barədə ətraflı məlumat verilib. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin xalqımız üçün necə mühüm tarixi əhəmiyyət daşıdığı vurğulanıb. Tədbir səmimi və əyləncəli mühitdə keçib, iştirakçılar arasında maraqlı söhbətlər, fikir mübadiləsi və hədiyyələrlə dolu xoş anlar yaşanıb.
Azərbaycan Cəmiyyətinin rəhbəri Elmar Əmirov belə tədbirlərin xaricdə yaşayan gənc soydaşlarımızın milli kimliyinin qorunub saxlanmasında və ölkəmizə bağlılıqlarının möhkəmlənməsində mühüm rol oynadığını qeyd edib.
Tədbirdə Edinburq Universitetində fəaliyyət göstərən Türk Cəmiyyəti və Mərkəzi Asiya Türk Cəmiyyətlərinin üzvləri də iştirak ediblər. Bu, tədbirin daha geniş mədəni əməkdaşlıq və qarşılıqlı anlaşma mühitində keçirilməsinə zəmin yaradıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 23 Oktyabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















