Icma.az
close
up
RU
Müştəri ödənişi gecikdirdikdə dəbbə pulu ödəyəcək

Müştəri ödənişi gecikdirdikdə dəbbə pulu ödəyəcək

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Nəqliyyat-ekspedisiya müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilmə müddətinin pozulmasına görə ekspeditor məsuliyyət daşıyacaq, müştəri isə ödənişi vaxtında etmədikdə cərimə ediləcək.

Ölkə.az xəbər verir ki, bu müddəalar “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin 25.1-ci maddəsinə əsasən, ekspeditor müqavilə üzrə öhdəliklərin yerinə yetirilmə müddətinin pozulmasının qarşısıalınmaz qüvvə, müştərinin və ya müştərinin cəlb etdiyi üçüncü şəxslərin, eləcə də ekspeditorun müqavilənin icrasına cəlb etmədiyi şəxslərin təqsiri nəticəsində baş verdiyini sübut edə bilmədikdə, müştəriyə dəymiş zərərin əvəzini ödəməlidir.

Sənədin 25.2-ci maddəsində qeyd olunur ki, ekspeditor hər gecikdirilmiş gün (başa çatmayan günlər tam gün hesab olunur) və ya müddət saatlarla göstərildiyi halda hər gecikdirilmiş saat üçün ona ödəniləcək muzdun 3 faizi həcmində, lakin muzdun 80 faizindən çox olmamaq şərtilə dəbbə pulu (peniya) ödəyir.

Qanun layihəsinin 25.3-cü maddəsinə görə isə ekspeditor müştərinin yüklərinin mülkiyyətində, icarəsində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə daşınmanı faktiki həyata keçirdikdə, daşıyıcı kimi məsuliyyət daşıyır.

Sənədin 26-cı maddəsində müştərinin ekspeditor qarşısında məsuliyyəti də müəyyən edilib. Belə ki, 26.1-ci maddəyə əsasən, müştərinin nəqliyyat-ekspedisiya müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərin icrası zamanı yaranan xərcləri ödəməkdən əsassız imtina etdiyi sübut olunarsa, müştəri həmin xərclərlə yanaşı, onların 10 faizi həcmində dəbbə pulu (cərimə) ödəməlidir.

26.2-ci maddəyə görə isə müştəri ekspeditora müqavilədə nəzərdə tutulmuş muzdun vaxtında ödənilməməsinə görə hər gecikdirilmiş gün və ya saat üçün muzdun 3 faizi miqdarında, lakin muzdun 80 faizindən çox olmamaq şərtilə dəbbə pulu (peniya) ödəyir.

Eyni zamanda, 26.3-cü maddədə qeyd olunur ki, müqavilənin pozulması qarşısıalınmaz qüvvə və ya ekspeditorun təqsiri səbəbindən baş verdikdə, müştəri ekspeditora dəymiş zərərin ödənilməsindən azad edilir.

Qeyd edək ki, “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsi dekabrın 16-da Milli Məclisin plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 Dekabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri