Müştərilər ən çox bu banklardan şikayət edirlər Tam siyahı
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Bu ilin fevral ayında Azərbaycanda barəsində ən çox şikayət edilən bank “Bank BTB” ASC olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Şikayət olunan bankların siyahısında “Expressbank” ASC ikinci, “AFB Bank” ASC isə üçüncü olub.
Barəsində ən az şikayət edilən bank isə “Paşa Bank” ASC olub. 5 bank haqqında isə heç bir şikayət daxil olmayıb.

Qeyd edək ki, Mərkəzi Bankın 5 mart 2026-cı il tarixli qərarı ilə barəsində ən çox şikayət edilən “Bank BTB”nin bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsinə razılıq verilib.
Məlumat üçün qeyd edək ki, “Bank BTB” ASC-nin səhmlərinin 74,99%-i Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i Sadiq Rza İsmayıl oğluna, 6%-i isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur.
“Bank BTB”nin əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlindir.
Enur Əli
Bu mövzuda digər xəbərlər:Müştərilər ən çox bu banklardan şikayət edirlər Tam siyahı
11 Dekabr 2024 19:00
Müştərilər ən çox bu banklardan şikayət edirlər Siyahı
15 Noyabr 2024 16:35
Müştərilər yenə ən çox “Bank BTB”dən şikayət edirlər
15 Yanvar 2026 15:12
Müştərilər ən çox bu banklardan şikayət edirlər: “Bank Avrasiya”, “Bank of Baku”, “Yelo Bank”…
16 Noyabr 2024 02:38
Baxış sayı:173
Bu xəbər 11 Mart 2026 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















