Müştərilər “Yelo Bank”a 1 milyard manatdan çox depozit qoyub
Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Yelo Bank” ASC 2026-cı ilin ikinci rübünün yekunlarına əsasən ödəniş müddətləri üzrə aktiv və öhdəliklərinin bölgüsünü əks etdirən likvidlik göstəricilərini açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, cari ilin ikinci rübünün nəticələrinə görə “Yelo Bank”ın ümumi aktivlərinin həcmi 1 milyard 474 milyon 995 min manat təşkil edib.
Aktivlərin əsas hissəsini 1 milyard 107 milyon 291 min manatla müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Bankın nağd pul və ekvivalentləri 152,7 milyon manat, qısamüddətli maliyyə alətləri 128 milyon manat, digər maliyyə aktivləri isə 38,9 milyon manat olub. Pepperoni pizza
Hesabat dövründə “Yelo Bank”ın ümumi öhdəlikləri 1 milyard 474 milyon 995 min manat təşkil edib. Öhdəliklərin böyük hissəsi - 1 milyard 39 milyon 161 min manatı müştəri depozitlərinin payına düşüb. Bunun 811,5 milyon manatını müddətli, 227,6 milyon manatını isə tələbli depozitlər təşkil edib.
Bankın maliyyə institutlarından cəlb etdiyi vəsaitlərin həcmi 164,8 milyon manat, digər maliyyə öhdəlikləri isə 270,9 milyon manat olaraq göstərilib.
İkinci rübün göstəricilərinə əsasən, “Yelo Bank”ın ani likvidlik kəsiri 129,4 milyon manat təşkil etsə də, 2-5 illik müddət intervalında bu göstərici müsbət 132,7 milyon manata yüksəlir.
Cəlalə Cəlalqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 07 Sentyabr 2026 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















