Icma.az
close
up
RU
Müştərini öldürən aşpaza hökm oxundu KONKRET

Müştərini öldürən aşpaza hökm oxundu KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şəki Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən Firdovsi Fərəcovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

KONKRET.az xəbər verir ki, hakim Günay Aşurovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü o, 3 il 7 ay 13 gün müddətinə azadlıqdan məhrum edilib.

İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olub.

Belə ki, hadisə 15 yanvar 2009-cu il tarixdə, saat 02 radələrində Rusiya Federasiyasının Moskva şəhərində yerləşən və Firdovsi Fərəcovun əvvəllər aşpaz kimi fəaliyyət göstərdiyi kafenin qarşısında baş verib.

Məlumata görə, həmin vaxt təqsirləndirilən şəxs bir neçə şəxslə birlikdə olduğu zaman aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı Firdovsi əvvəllər tanımadığı Ukrayna vətəndaşı Vladimir Zubkovun qəsdən sağlamlığına ağır bədən xəsarəti yetirmək qərarına gəlib. O, istintaqla dəqiq müəyyən edilməyən bıçaqla ona iki dəfə zərbə endirib. Nəticədə Firdovsi Vladimir Zubkova həyat üçün təhlükəli olan ağır bədən xəsarətləri yetirib. Zərərçəkmiş şəxs təcili tibbi yardımla Elmi-Tədqiqat Təcili Tibbi Yardım İnstitutuna çatdırılıb və ona ilkin tibbi müdaxilə göstərilməsinə baxmayaraq, həmin gün saat 04:30 radələrində ölüb.

Məhkəmə iclasında Firdovsi Fərəcov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 2009-cu ildə Moskva şəhərində yerləşən kafelərin birində kababçı kimi çalışıb və hadisə baş verən zaman obyektin mətbəxində olub, sözügedən davanı görməyib. Firdovsinin sözlərinə görə, sonradan ona məlum olub ki, dava taksi sürücüləri arasında qeydə alıb.

Təqsirləndirilən şəxs deyib ki, hadisədən sonra polis əməkdaşları kafeyə gələrək ondan və digər şəxslərdən izahat alıblar. Bir müddət sonra qardaşı və bacısının vəfat etməsi səbəbindən Azərbaycana qayıdıb və anasının xəstə olması ilə əlaqədar Rusiyaya geri dönməyib. O, Rusiyada baş vermiş hadisə ilə bağlı 2010-cu ildə Yevlax Rayon Prokurorluğunda dindirildiyini və sərbəst buraxıldığını, daha sonra isə başqa cinayət işi ilə əlaqədar 2022-ci ildə cəzaçəkmə müəssisəsinə aparıldığını və hazırda cəza çəkdiyini qeyd edib. Firdovsi Fərəcov Azərbaycana qayıtdıqdan sonra bu hadisə ilə bağlı prokurorluq tərəfindən axtarıldığını bildiyini, lakin başqa heç bir məlumatının olmadığını deyib.

(pravda.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Fevral 2026 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri