Icma.az
close
up
RU
Müştərinin sirri açıqlanarsa... Mərkəzi Bankdan sərt xəbərdarlıq

Müştərinin sirri açıqlanarsa... Mərkəzi Bankdan sərt xəbərdarlıq

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son illər Azərbaycanda onlayn kredit xidmətlərindən istifadə edən vətəndaşların sayı artdıqca, bu sahə ilə bağlı şikayət və narazılıqlar da gündəmə gəlir. Belə ki, bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyəti, o cümlədən gündəlik (qısamüddətli) kredit məhsulları ilə bağlı müraciətlər daha çox daxil olur.

"Yeni Sabah" Yurd.Media-ya istinadən xəbər verir ki, son dövrlər “SF Azerbaijan” BOKT MMC-yə məxsus olan “manato.az” kredit platforması ilə bağlı yayılan narazılıqları araşdırıb.

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) Mətbuat katibi Namiq Əliyev Yurd.Media-nın sorğusuna cavab olaraq bildirib ki, hazırda Mərkəzi Bank banklar üzrə şikayət indeksini ictimaiyyətə açıqlayır və növbəti mərhələdə bank olmayan kredit təşkilatları üzrə də analoji indeksin təqdim edilməsi nəzərdə tutulur. Pepperoni pizza

Gündəlik kreditlər üçün ciddi məhdudiyyətlər tətbiq olunur

Mərkəzi Bankdan bildirilib ki, son dövrlərdə qəbul edilmiş normativ hüquqi aktlarla gündəlik kreditlərin verilməsi qaydaları daha ciddi şəkildə tənzimlənib.

Belə ki, “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası” və “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası” qüvvəyə minib.

Qaydalara əsasən:

* gündəlik kreditin məbləği maksimum 500 manat ola bilər;

* kreditin müddəti 45 gündən artıq olmamalıdır;

* gündəlik faiz dərəcəsi maksimum 0,3 faiz müəyyən edilib;

* kredit yalnız milli valyutada verilə bilər;

* bu növ kreditlərin restrukturizasiyası qadağandır;

* kredit üzrə bütün ödənişlərin ümumi məbləği əsas borcun 100 faizindən artıq ola bilməz.

Qurum vurğulayıb ki, bu tələblər vətəndaşların həddindən artıq borclanmasının qarşısını almaq və istehlakçı hüquqlarını qorumaq məqsədi daşıyır.

“Manato” lisenziyalı fəaliyyət göstərir

Mərkəzi Bankın açıqlamasında qeyd olunub ki, Azərbaycanda kredit fəaliyyəti yalnız müvafiq lisenziya əsasında həyata keçirilə bilər.

Banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit ittifaqları haqqında” qanunlara uyğun olaraq lisenziyalaşdırılır.

Mərkəzi Bankın məlumatına görə, “manato.az” kredit məhsulu “SF Azerbaijan” BOKT MMC-yə məxsusdur və həmin təşkilata Mərkəzi Bank tərəfindən BKT-44 saylı lisenziya verilib.

Kredit gecikərsə nə baş verir?

AMB kredit ödənişlərinin gecikdirilməsi hallarında tətbiq edilən prosedurlara da aydınlıq gətirib.

Mərkəzi Bankın açıqlamasına görə, qanunvericilik kredit təşkilatlarına müəyyən hüquqlar verir. Belə ki, borcalan kredit öhdəliyini uzun müddət yerinə yetirmədikdə, kredit təşkilatı borcun vaxtından əvvəl qaytarılmasını tələb edə bilər.

Eyni zamanda:

* gecikdirilmiş günlər üçün faiz hesablanması mümkündür;

* müqavilədə nəzərdə tutulubsa cərimə və ya penya tətbiq edilə bilər;

* gecikmə məlumatları Azərbaycan Kredit Bürosuna və Mərkəzləşdirilmiş Kredit Reyestrinə ötürülə bilər;

* təminatlı kreditlər üzrə təminatın realizəsi tələb oluna bilər;

* kredit təşkilatı məhkəməyə müraciət edə bilər.

* ⁠Mərkəzi Bank vurğulayıb ki, bütün bu tədbirlər yalnız qanunvericilik və kredit müqaviləsinin şərtləri çərçivəsində həyata keçirilə bilər.

* ⁠Borclunun yaxınlarına zəng etmək qanun pozuntusu sayıla bilər

Açıqlamada ən çox müzakirə olunan məsələlərdən biri – borcluların yaxınlarına edilən zənglərə də münasibət bildirilib.

Mərkəzi Bank qeyd edib ki, müştərinin kredit məlumatlarının onun razılığı olmadan üçüncü şəxslərə açıqlanması bir sıra qanunların pozulmasına səbəb ola bilər.

Bildirilib ki, “Bank olmayan kredit təşkilatları haqqında”, “Kommersiya sirri haqqında” və “Fərdi məlumatlar haqqında” qanunların tələblərinə əsasən, vətəndaşın şəxsi məlumatlarının üçüncü şəxslərə verilməsi yalnız onun yazılı razılığı əsasında mümkündür.

Əgər belə razılıq yoxdursa, borclunun kredit öhdəlikləri barədə yaxınlarına və ya digər şəxslərə məlumat verilməsi qanunsuz hesab oluna bilər.

Qurumun açıqlamasında vurğulanır ki, fərdi məlumatları və ya kommersiya sirri təşkil edən məlumatları qanunsuz yayan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Vətəndaşlar hara müraciət edə bilər?

Mərkəzi Bank psixoloji təzyiq, təhdid və ya digər qanunsuz davranışlarla üzləşən vətəndaşlara müraciət yollarını da açıqlayıb.

Qurumun məlumatına görə, belə hallarda vətəndaşlar:

* hüquq-mühafizə orqanlarına,

* məhkəmələrə,

* eləcə də nəzarət orqanı kimi Mərkəzi Banka müraciət edə bilərlər.

Bu müraciətlər vasitəsilə pozulmuş hüquqların bərpası, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, həmçinin qanun pozuntusuna yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması mümkündür.

Pozuntular aşkar edilərsə tədbir görülür

Namiq Əliyev bildirib ki, Mərkəzi Bank maliyyə bazarında istehlakçı hüquqlarının qorunmasını əsas prioritetlərdən biri hesab edir.

Onun sözlərinə görə, aparılan nəzarət tədbirləri nəticəsində müxtəlif dövrlərdə bəzi bank olmayan kredit təşkilatlarında qanun pozuntuları aşkar olunub və həmin təşkilatlar, eləcə də onların inzibatçıları qanunvericiliyə uyğun qaydada cərimələniblər.

Qurum qeyd edib ki, istehlakçı hüquqlarının pozulması və ya belə hallara şərait yaradan çatışmazlıqlar müəyyən edildikdə, nəzarət subyektlərinə icrası məcburi olan göstərişlər verilir.

Mərkəzi Bank sonda vurğulayıb ki, bank olmayan kredit təşkilatlarının, o cümlədən gündəlik kredit verən platformaların fəaliyyəti daimi nəzarətdə saxlanılır və qanunvericiliyin tələblərindən kənara çıxan hallarla bağlı zəruri tədbirlər görülür.

Qeyd edək ki, Yurd Media-ya müraciət edən vətəndaşlardan biri kredit ödənişində gecikmə yarandıqdan sonra “Manato” əməkdaşları tərəfindən valideyninə zəng edildiyini iddia edib. Vətəndaşın sözlərinə görə, zəng zamanı onun kredit öhdəliyi barədə məlumat verilib.

Məsələ ilə bağlı Mərkəzi Bankın mövqeyində bildirilir ki, müştərinin krediti haqqında məlumatın onun yazılı razılığı olmadan yaxınlarına və ya digər üçüncü şəxslərə verilməsi “Bank olmayan kredit təşkilatları haqqında”, “Kommersiya sirri haqqında” və “Fərdi məlumatlar haqqında” qanunların tələblərinin pozulmasına səbəb ola bilər.

Mərkəzi Bank vurğulayır ki, fərdi məlumatların üçüncü şəxslərə ötürülməsi yalnız müştərinin yazılı razılığı əsasında mümkündür. Əks halda, bu məlumatların açıqlanması qanunsuz hesab oluna bilər.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 04 İyun 2026 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri