Icma.az
close
up
RU
Müşviqabad hövzəsində sutəmizləyici qurğu tikilir

Müşviqabad hövzəsində sutəmizləyici qurğu tikilir

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidentinin imzaladığı Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı çərçivəsində Su Ehtiyatları Agentliyi içməli və tullantı su sistemlərinin qurulması, yenilənməsi üzrə tikinti-quruculuq işlərini plan üzrə davam etdirir.

BAKU.WS xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu məlumat verib.

Bildirib ki, ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Bakı şəhəri və Abşeron rayonu ərazisində yeni kanalizasiya kollektorlarının və tullantı sularının təmizlənməsi qurğularının tikintisinə başlayıb. Layihə çərçivəsində Müşviqabad hövzəsində gündəlik məhsuldarlığı 75 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi həyata keçirilir.

Layihəyə uyğun olaraq qurğunun bir sıra əsas və yardımçı hissələrinin tikintisi tamamlanıb, iri barmaqlığın qurşaq tirlərinin betonlama prosesi yekunlaşıb və hazırda son mərhələ olaraq qazıntı işləri aparılır. Kiçik barmaqlıq qurğusu üzrə qazıntı artıq başa çatdırılıb. Havalandırma sistemli qum və yağ tutucuda döşəmənin inşası tamamlanıb, divarların dəmir-betonla hörülməsi davam etdirilir.

Blover binasının bünövrəsi tökülüb, sütun və divarların tikintisi icra olunur. Mexaniki cihaz binası yüksək həcmdə tullantı qazları orta təzyiqlə nəqletmə funkasiyasını daşıyır. Biosfor hovuzunun su bölüşdürücüsündə döşəmə betonunun tikintisi başa çatıb.

Havalandırma hovuzunda qazıntı aparılır, eyni zamanda sağlamlaşdırıcı lay üzrə qaya dolğusu vurulur. Lil susuzlaşdırma qurğusunda bünövrənin tökülməsi, emalatxana, inzibati, gözətçi binalarının betonlama prosesi yekunlaşıb. Tullantı sutəmizləyici qurğunun enerji təminatı üçün nəzərdə tutulan elektrik yarımstansiyası binasının inşasına başlanılıb.

Sutəmizləyici qurğuda təmizlənən tullantı suları ultrabənövşəyi şüalardan keçərək sənaye məqsədləri üçün istifadəyə yararlı vəziyyətə gətirilərək müvafiq qaydada yönləndiriləcək.

Ümumi uzunluğu 18.9 kilometr olan Müşviqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun 15.2 kilometr hissəsi mikrotunel tipli, 3.7 kilometr hissəsi isə kanalizasiya kollektorudur. Bundan əlavə inşa olunacaq 30 şaxtanın 6-da işlərə başlanılıb.

Layihə Xırdalan şəhərində, 28 May, Müşfiqabad, Hökməli və Aşağı Güzdək qəsəbələrində formalaşan tullantı sularının idarə edilməsinə, həmçinin Ceyranbatan Su Anbarının ətrafında formalaşan qrunt sularının tənzimlənməsinə və ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edəcək.

Bu tipli layihələr, xüsusilə mikrotunel texnologiyası ilə qurulan kanalizasiya şəbəkələri müasir və dayanıqlı olması ilə seçilir, əhalinin məmnunluq səviyyəsinin yüksəldilməsinə şərait yaradır.

2025-ci ildə icrasına başlanılan layihənin 2028-ci ildə tamamlanması nəzərdə tutulur. İşlər mərhələli şəkildə aparılacaq, inşaat zamanı ekoloji standartlara və təhlükəsizlik qaydalarına ciddi əməl olunur.

Mətbuat katibi həmçinin onu da diqqətə çatdırıb ki, layihələr yeni infrastrukturun formalaşdırılmasına, mövcud şəbəkələrin təkmilləşdirilməsinə, onların ötürücülük qabiliyyətinin artırılmasına yönəlib. Bununla yanaşı, tullantı sularının fasiləsiz daşınması təmin ediləcək, subasma riskləri azalacaq və sistemlərin istismar səviyyəsi daha da yüksələcək.

Görülən işlər tullantı sularının daha müasir və təhlükəsiz şəkildə təmizlənməsinə, ekoloji mühitin qorunmasına, əhalinin kommunal xidmətlərə çıxışının yaxşılaşdırılmasına mühüm töhfə verəcək. Bu tipli layihələrin tam başa çatdırılması Bakı və Abşeron yarımadasında su və kanalizasiya infrastrukturunun dayanıqlı, səmərəli fəaliyyətinin təminatına xidmət edir.

Qalereya

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://baku.ws
archiveBu xəbər 14 Mart 2026 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri