MÜTDA summativ qiymətləndirmə sualları ilə bağlı şikayətlərə münasibət bildirdi
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Böyük summativ qiymətləndirmə (BSQ) ilə bağlı şikayəti olan vətəndaşlar aidiyyəti yerli təhsili idarəetmə bölməsinə müraciət edə bilərlər.
Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilir ki, summativ qiymətləndirmə hər bir fənn üzrə təhsil proqramında (kurikulumda) müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsi ilə bağlı təhsilalanların əldə etdiyi nailiyyətlərin müəyyən olunması məqsədilə aparılır:
"Summativ qiymətləndirmədə istifadə olunan qiymətləndirmə vasitələri (suallar) müvafiq fənn üzrə kurikulumun (təhsil proqramnın) tələbləri və dərslikdə əhatə olunan mövzular nəzərə alınmaqla hazırlanır. Suallar bir neçə mürəkkəblik səviyyəsində tərtib edilir.
Böyük summativ qiymətləndirmə (BSQ) məktəbdaxili qiymətləndirmənin tərkib hissəsidir və onun keçirilməsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının 28 dekabr 2018-ci il tarixli 8/1 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası ilə tənzimlənir. Agentlik böyük summativlərin Qaydaya uyğun vaxtda, formada və düzgün seçilmiş qiymətləndirmə vasitələri (test sualları, tapşırıqlar) əsasında aparılmasına nəzarət edir".
Qeyd edək ki, sosial mediada məktəb müəllimləri ölkə üzrə təşkil edilmiş Böyük Summativ Qiymətləndirilmənin (BSQ) sualları ilə bağlı narazılıq və şikayətlər yayıblar.
Müəllimlər 4 və 6-cı siniflər üçün Azərbaycan dili fənninə aid məktəblərə göndərilmiş BSQ suallarında səviyyələrin nəzərə alınmadığını, keçilməsi proqram üzrə ikinci yarımildə nəzərdə tutulan mövzudan sual salındığını (O,bu əvəzliklərindən sonra vergülün qoyulması) qeyd ediblər.
Onlar həmçinin Azərbaycan dili üzrə suallarda riyaziyyat sualının olduğunu və göndərilən cavablarda səhvlər olduğunu bildiriblər.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 30 Yanvar 2026 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















