Icma.az
close
up
RU

Mütəşəkkil zorlama dəstəsinə vasitəçilik edən saytın təsisçisi həbs edilib

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Fransanı silkələyən dəstə zorlama hadisəsinin əks-sədası davam edir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Coco internet saytının sahibi, 44 yaşlı İsaak Steidl idarə etdiyi platformanın zorlama, qətl və pedofiliya da daxil olmaqla 23 mindən çox cinayət törətmək üçün istifadə edildiyi səbəbilə həbs edilib.

Sözügedən sayt 72 yaşlı Dominik Pelikotun ərini zorlamaq üçün tanımadığı şəxslərlə əlaqə saxladığı və bütün zorakılıq prosesini təşkil etdiyi platforma kimi diqqət çəkib.

Pelikot arvadını huşunu itirərək zorlama üçün zəmin hazırladığı səbəbiylə 20 il həbs cəzasına məhkum edilib.

Sayt 2024-cü ilin iyununda bağlansa da, Steidl çirkli pulların yuyulması və cinayət törətmək üçün sui-qəsd ittihamı ilə dindirilməyə davam edir.

Qeyd edək ki, dekabr ayında Avignon məhkəməsi Pelikotu narkotik maddə içərək həyat yoldaşına təcavüz etdiyinə və yad adamları öz evlərində zorlamağa dəvət etdiyinə görə 20 il həbs cəzasına məhkum etdi. Sözügedən cinayətlər 2011-2020-ci illər arasında təxminən 10 il müddətində törədilib.

Təcavüzkar əri Pelikot əvvəllər yerli supermarketdə qadınların ətəklərini çəkərkən yaxalanmışdı.

Bundan əlavə, Pelikotun arvadına qarşı təcavüz və zorlama görüntülərini özündə əks etdirən on minlərlə video və fotoşəkilin olduğu hard diskindən şəxsiyyəti müəyyən edilən daha 50 kişi mühakimə olunub.

Bu şəxslər 3 ildən 15 ilə qədər həbs cəzasına məhkum ediliblər. Onlardan 17-si hökmündən apellyasiya şikayəti verib.

Sayt digər cinayət araşdırmalarına da cəlb olunub. Ötən ilin aprelində Dunkerk yaxınlığında 22 yaşlı gənc 18 yaşından kiçik olduğunu düşündüyü qızla saytda görüşməyə razılaşdıqdan sonra bir qrup gənc tərəfindən döyülərək öldürülüb.

Fransız mətbuatının yazdığına görə, Steidl 2003-cü ildə kompüter mühəndisliyi fakültəsini bitirdikdən qısa müddət sonra ailəsinin 2 min avroluq investisiya dəstəyi ilə saytı qurub.

İddialara görə, sayt romantik görüşlər üçün platforma kimi hazırlanıb, lakin tez bir zamanda narkotik satıcılarının, pedofillərin və cinsi cinayətkarların diqqətini çəkib.

Pelikotun həbsindən sonra fransız saytı Kanal adalarında Gernsidə qeydə alınmış URL-yə köçürülüb.

Polis saytla bağlı Macarıstan, Litva, Almaniya və Hollandiyadakı bank hesablarında 5 milyon avro dəyərində vəsaitin dondurulduğunu açıqlayıb.

Bildirilib ki, Fransanın cənubunda anadan olan Steidl 2023-cü ildə Fransa vətəndaşlığından imtina edərək İtaliya vətəndaşlığını qəbul edib. 

Keçən il saytı bağlamaq qərarına gələn Paris prokuroru Laure Beccuau, saytın 480 qurbanı əhatə edən 23 min 51 cinayət faylında iştirak etdiyini bildirdi.

Orxan Saffari

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Yanvar 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see224

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see181

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see175

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see145

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see140

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see137

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri