Icma.az
close
up
RU
Mütəxəssis: Bəzi hallarda qarın və ya mədəətrafı ağrılar digər orqanlar səbəbindən ola bilər

Mütəxəssis: Bəzi hallarda qarın və ya mədəətrafı ağrılar digər orqanlar səbəbindən ola bilər

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 15 iyul, AZƏRTAC

Bəzi hallarda insanların hiss etdiyi qarın və ya mədəətrafı ağrılar əslində mədədən deyil, digər orqanlar səbəbindən ola bilər.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov bildirib.

Onun sözlərinə görə, bu problem bəzən xəstəni və hətta ilkin mərhələdə həkimi belə çaşdıra bilər: “Məsələn, öd kisəsinin daşları və ya iltihabı zamanı sağ qabırğaaltı nahiyədə yaranan ağrılar mədə ağrısı kimi hiss edilir. Xəstələrdə bəzən üşütmə-titrətmə, kürək ağrısı, çiyin ağrısı kimi özünü göstərir. Buna isə səhvən soyuqdəymə, virus infeksiya kimi yanaşılır. Mədəaltı vəz iltihabi xəstəlikləri, xüsusilə xroniki pankreatit həm qarnın yuxarı hissəsində, həm də arxaya - bel nahiyəsinə yayılan ağrılarla özünü göstərə bilər. Bəzən ürəyə aid ağrılar da, məsələn, infarkt mədəətrafı nahiyədə və ya qarında hiss oluna bilər”.

Emin Məmmədov deyib ki, bundan əlavə, onikibarmaq bağırsaq, bağırsaqlarda qaz yığılması, meteorizm və ya spazmalar da özünü kor bağırsaq ağrısı kimi göstərir: “Lakin müayinələr vaxtı müəyyən olunur ki, əslində, bu, xüsusilə gənc şəxslərdə adi bağırsaq qazı və ya spazmadır. Diafraqma yırtığı olan şəxslərdə ürək ağrısına bənzər ağrılar ola bilir. Bəzən səbəbi məlum olmayan öskürək, boğulma, boğazda yad cisim hissi mədə turşuluğunun reflüks səbəbilə baş verə bilir. Bu səbəbdən, “mədə ağrısı” adlandırılan bütün şikayətlərə sadə yanaşmaq olmaz. Dəqiq diaqnozun qoyulması üçün həkim müayinəsi, lazım gələrsə, laborator və endoskopiya üsulları ilə dəqiqləşdirmə aparılması vacibdir. Unutmayaq ki, düzgün qidalanma və diqqətli yanaşma həm sağlam qalmağın, həm də vaxtında diaqnozun əsas şərtlərindəndir”,- deyə qastroenteroloq əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 İyul 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri