Icma.az
close
up
RU
Mütəxəssis: Quduz heyvanla təmas olduqca təhlükəli vəziyyət hesab olunur

Mütəxəssis: Quduz heyvanla təmas olduqca təhlükəli vəziyyət hesab olunur

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

 Ən doğru addım məsafəni qorumaqdır və dərhal sığınacaq axtarmaqdır


 Açıq sahədə hücumla üzləşən zaman qaçmaq olmaz, çünki qaçış instinkti heyvanda daha da aqressivləşmə yaradır


Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Batabat yaylaq massivində quduzlaşmış canavarın avtomobillərə hücum etməsi hadisəsi qeydə alınıb.

Hadisə Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolu üzərində baş verib.

Sürücülər və yerli sakinlərin bildirdiyinə görə, canavar əsasən yolda hərəkətdə olan nəqliyyat vasitələrinə hücumlar edir.

Qeyd edilir ki, bir neçə vətəndaş canavarın avtomobillərə yaxınlaşaraq təcavüzkar davranışını mobil telefonla qeydə alıb.



Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev "Sherg.az"a bildirib ki, quduzluq insan həyatı üçün təhlükəli yoluxucu xəstəliklərdən biri hesab olunur:


“Bu səbəbdən quduz canavar və yaxud digər vəhşi heyvanların hücumu zamanı düzgün davranış həyati əhəmiyyət kəsb edir. İlkin olaraq təhlükəni qiymətləndirmək vacibdir. Quduz heyvanlar qeyri adi davranış göstərirlər, əsasən qorxmurlar. Gündüz vaxtı daha aktiv ola bilirlər və çox aqressiv hərəkət edirlər. Belə bir heyvan müşahidə etdikdə ona yaxınlaşmaq və ya qovmağa çalışmaq ciddi təhlükə yaradır. Ən doğru addım məsafəni qorumaqdır və dərhal sığınacaq axtarmaqdır. Əgər avtomobildəsinizsə qapıları bağlayın, pəncərələri açmayın və heyvanla təmasdan çəkinin. Açıq sahədə hücumla üzləşən zaman qaçmaq olmaz, çünki qaçış instinkti heyvanda daha da aqressivləşmə yaradır. Yavaş-yavaş geri çəkilmək, üzünüzü heyvanlardan çevirməmək və əlinizdə olan əşyaları sipər kimi qarşınıza tutmaq lazımdır. Təhlükə çox yaxınlaşdıqda isə əsas məqsəd baş boyun nahiyəsini qorumaq olmalıdır. Heyvan dişləməsi və ya cızması baş veribsə, yaraları dərhal bol axar su və yaxud da sabunla ən azı 15 dəqiqə yumaq, antiseptiklə dezinfeksiya etmək lazımdır. Lakin bu ilkin tədbirdə mütləq şəkildə tibb müəssisəsinə müraciət edilməlidir və quduzluğa qarşı vaksin qəbulu həyata keçirilməlidir. Çünki vaxtında vurulan peyvənd həyat qurtarır. Qorunma tədbirlərinə gələndə isə risk qruplarında çalışan insanlar, əsasən çobanlar, ovçular baytarlar əvvəlcədən peyvənd olunmalıdırlar. Həmçinin kənd təsərrüfatı sahələrində işləyənlər də qoruyucu fərdi mühafizə vasitələri ilə təmin olunmalıdırlar. Nəticə olaraq quduz heyvanla təmas olduqca təhlükəli vəziyyət hesab olunur və yalnız soyuqqanlı davranış, vaxtında tibbi yardım və düzgün profilaktik tədbirlər həyatın qorunmasına zəmanət verir.”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Avqust 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri