Mütəxəssis sağlamlıq üçün vacib olan illik analizləri SADALADI
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Həkim Aleksandr Olmos bildirib ki, hər bir insan sağlamlığını qorumaq üçün hər il səkkiz əsas tibbi analizdən keçməlidir.
Redaktor.az xəbər verir ki, onun bu tövsiyələri "Deia" nəşri tərəfindən yayımlanıb.
Olmosun sözlərinə görə, ilk növbədə qanda C-reaktiv zülal və homosistein səviyyəsi yoxlanılmalıdır. Bu göstəricilər orqanizmdə bir çox xroniki xəstəliklərin əsas səbəbi hesab edilən gizli iltihabın olub-olmadığını müəyyən etməyə imkan verir.
Həkim həmçinin maqnezium və D vitamini səviyyəsinin mütəmadi yoxlanılmasını tövsiyə edib. Onun sözlərinə görə, bu maddələr hormonal və immun sistemlərinin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır.
Bundan əlavə, Olmos illik müayinələr siyahısına insulin səviyyəsinin və "HOMA" indeksinin yoxlanılmasının da daxil edilməli olduğunu bildirib. Bu analizlərin qanda qlükoza səviyyəsinin ölçülməsindən daha informativ olduğu qeyd olunub.
Ürək-damar xəstəlikləri risklərini müəyyən etmək üçün genişləndirilmiş lipid profilinin vacibliyinə diqqət çəkən həkim vurğulayıb ki, yalnız ümumi xolesterinin yoxlanılması kifayət deyil.
Aleksandr Olmos əlavə edib ki, epigenetik tədqiqat insanın hansı genlərinin aktiv olduğunu, orqanizmin hansı qida maddələrinə ehtiyac duyduğunu və həyat tərzinin sağlamlığa necə təsir etdiyini göstərir.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 28 Yanvar 2026 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















