Mütəxəssis: Yüksək temperatur zehni sağlamlığa təsir edə bilər
Icma.az bildirir, Sherg.az portalına istinadən.
Havanın temperaturunun 30 dərəcədən yüksək olması fiziki və psixoloji təsirlərə səbəb ola bilər.
AZƏRTAC Böyük Britaniyanın “The İndependent” nəşrinə istinadla xəbər verir ki, psixoloq Ravi Gillin sözlərinə görə, yüksək temperatur neyrotransmitter (sinirötürücü) balansını pozur, kortizol (stres hormonu) səviyyəsini artırır, yuxunu çətinləşdirir və emosional sabitliyi zəiflədir. İsti dalğalar, xüsusilə, əvvəlcədən psixi sağlamlıq problemi olan insanlarda narahatlığı, əsəbilik və gərginliyi artırır. Yuxu pozuntuları REM (yuxugörmə) yuxusunu azaldaraq emosional tənzimləməni zəiflədir, diqqət və yaddaşı pisləşdirir. Bundan əlavə, beynin qan axınının azalması, elektrolitin itirilməsi və susuzlaşma idrak funksiyalarını ləngidir.
Psixoloq buna qarşı mübarizə tövsiyələri irəli sürür. Bunlar aşağıdakılardır:
- Nəmlənmə: Mütəmadi su qəbul etmək, elektrolitləri bərpa etmək;
- Yuxu mühiti: Soyuq və qaranlıq otaq, nəfəs alan yataq dəsti istifadə etmək;
- Stresin idarəolunması: Sərin saatlarda nəfəs məşqləri və yüngül hərəkətlər etmək;
- Planlama: Zehni ağır tapşırıqları səhər saatlarına salmaq, günün isti vaxtlarında fasilələr vermək.
Mütəxəssis vurğulayır ki, istiliklə bağlı riskləri azaltmaq üçün fiziki və zehni sağlamlığı qorumağa yönəlmiş tədbirlərin həyata keçirilməsi vacibdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 13 Avqust 2025 22:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















