Icma.az
close
up
RU
Mütəxəssis: Zərərli orqanizmlər qlobal iqlim dəyişikliyi nəticəsində yeni ərazilərə yayılır

Mütəxəssis: Zərərli orqanizmlər qlobal iqlim dəyişikliyi nəticəsində yeni ərazilərə yayılır

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şəki, 4 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Son illər qlobal iqlim dəyişikliyi nəticəsində bir çox zərərli orqanizmlərin aqressivliyi, virulentliyi daha da artmış və onlar yeni əraziləri sirayətləndirmişlər. Belə zərərli orqanizmlərdən biri də respublikamız üçün karantin obyekt hesab edilən Amerika ağ kəpənəyidir. Bu zərərverici respublikamızda 1984-cü ildən Quba-Qusar bölgəsində, sonralar Bakı-Abşeron yarımadasında, həmçinin cənub rayonlarında yayılsa da, Şəki-Zaqatala bölgəsində bu ilə qədər müşahidə edilməyib. Lakin, cari ilin iyununda Zaqatala rayonunun meşə fondu ərazilərində Amerika ağ kəpənəyi aşkarlanıb və zərərverici qısa müddətdə meşə fondu ərazilərinin yaxınlığında olan bağları da sirayətləndirib.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Aqrar Xidmətlər Agentliyinin (AXA) Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin (BMFM) Şəki rayon Mərkəzinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Tələt Mehdiyev söyləyib.

Mərkəzin rəisi bildirib ki, hazırda AXA-nın Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri sirayətlənmiş ərazilərdə monitorinqlər keçirir və kimyəvi mübarizə tədbirləri aparırlar. Aparılan mübarizə tədbirlərinə dəstək göstərilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində AXA tərəfindən müvafiq dərman preparatları ayrılıb, texniki vasitələr səfərbər olunaraq mübarizə tədbirlərinə cəlb olunub. Cəlb edilən texnikalar içərisində BMFM-nın Şəki Rayon Mərkəzinin Mobil Bitki Mühafizəsi Dəstəsinin istifadəsində olan 1 ədəd SKOUT tipli çiləyici, 2 traktor və 2 tonluq ventilyatorlu çiləyici artıq 2 həftədir ki, Zaqatala rayonunun Danaçı, Makov və digər kəndlərində kimyəvi mübarizə tədbirlərində fəal iştirak edir. Mübarizə tədbirlərində mütəxəssislər tərəfindən ətraf mühitin mühafizəsinə və pestisidlərlə işləyərkən texniki təhlükəsizlik qaydalarına ciddi diqqət yetirilir.

Tələt Mehdiyev qeyd edib ki, Amerika ağ kəpənəyi polifaq (bütün bitkilərlə qidalanan) zərərvericidir və tırtılları tərəfindən yarpaqların yeyilməsi bitkilərin zəifləməsinə, çoxsaylı zədələnmələr nəticəsində isə məhv olmasına səbəb olur. Zərərverici Azərbaycan şəraitində iki nəsil verir, pup mərhələsində qışlayır. Qışlamış nəslin ilk fərdlərinin pupdan uçması may ayında, ikinci nəslin uçması isə iyulun əvvəlində baş verir.

“Karantin zərərvericisi olan Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirlərinin vaxtını müəyyən etmək məqsədilə zərərvericinin yayıldığı ərazilərdə qidalandığı bitkilər üzərində hər bir nəslin inkişafı dövründə vaxtaşırı müşahidələr aparılmalıdır. Zərərverici müşahidə edilən ağaclar üzərində tırtılların əmələ gətirdikləri torlu yuvalar kəsilərək tırtıllarla birlikdə məhv edilməli, ağaclar isə dərhal insektisidlərlə dərmanlanmalıdır”,- deyə o vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Sentyabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri