Icma.az
close
up
RU
Mütəxəssislərdən Kamçatkada daha bir güclü zəlzələ barədə XƏBƏRDARLIQ

Mütəxəssislərdən Kamçatkada daha bir güclü zəlzələ barədə XƏBƏRDARLIQ

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Kamçatkada (Rusiya) baş vermiş 8.8 maqnitudalı zəlzələ Yer qabığında yığılmış enerjinin yalnız bir hissəsini azad edib. Tam relaksasiya prosesi aylarla davam edə bilər və bu dövrdə maqnitudası 7-dən yüksək yeni təkanlar mümkündür.

Oxu.Az-ın "İzvestiya"ya istinadla verdiyi məlumata görə, bu barədə Moskva Fizika və Texnologiya İnstitutunun dosenti Aleksey Ostapçuk xəbərdarlıq edib.

Onun sözlərinə görə, Kamçatka subduksiya zonasındadır - burada Sakit okean tektonik plitəsi hər il təxminən 8 sm sürətlə Avrasiya plitəsinin altına doğru hərəkət edir.

"Plitələrin səthindəki nahamarlıqlar tektonik ilişmələr adlanan gərginlik zonaları yaradır. Bu ilişmələr qırıldıqda, yeraltı enerji kəskin şəkildə sərbəst buraxılır və zəlzələ baş verir. Budəfəki zəlzələ zamanı ən azı üç tektonik ilişmə qırılıb ki, bu da hadisəni qeyri-adi edir".

Bununla belə, alim qeyd edir ki, maqnitudası yüksək olsa da, ayrılan seysmik enerji gözləniləndən az olub. Bu isə bölgədə iyulun 20-də 7.4 maqnitudalı zəlzələdən sonra başlayan aktiv seysmik proseslə əlaqələndirilir.

Qeyd edək ki, iyulun 30-da saat 11:24-də (Bakı vaxtı ilə saat 3:24) Kamçatkada 1952-ci ildən bəri qeydə alınmış ən güclü zəlzələ baş verib. Yeraltı təkanların intensivliyi 6-7 və daha yüksək balla qiymətləndirilib. Sunami təhlükəsi elan edilib, Şimal Kuril adalarına çatan dalğalar təxminən 200 metrə qədər irəliləyib. Sunami xəbərdarlığı Kamçatkada yerli vaxtla 22:30-da (Bakı vaxtı ilə saat 14:30) ləğv edilib.

Petropavlovsk-Kamçatsk şəhərində fövqəladə vəziyyət rejimi, Kamçatka diyarında isə yüksək hazırlıq rejimi elan olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 Avqust 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see549

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see506

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see377

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see286

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see281

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see280

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see274

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see270

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see266

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see245

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see244

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see243

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see239

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see227

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see219

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see213

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see210

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see192

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see185

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri