Müttəfiqləri İrandan uzaqlaşırlar “Gəmi batır”
Sherg.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ-nin İrana hücum ehtimalının artması ilə eyni vaxtda İraqda bəzi fiqurlar Tehrandan uzaqlaşmağa başlayıblar.
Teleqraf xəbər verir ki, bu barədə “The National” məlumat yayıb.
Nəşrin yazdığına görə, bir çox regional ölkə ABŞ Prezidenti Donald Trampın İrana yönəlik hərbi təhdidlərini reallaşdıracağını narahatlıqla gözləyir. İranın bölgədəki müttəfiqləri hesab edirlər ki, hücum Tehranın mövqelərini daha da zəiflədə bilər.
“2003-cü ildə Saddam Hüseynin devrilməsindən sonra İran İraqın siyasətinə dərindən təsir etmək imkanı əldə edib, burada bəzi partiya və silahlı qrupları dəstəkləyib. Amma indi İraqdakı bəzi fiqurlar İranı “batmaqda olan gəmi” kimi görürlər, narahatlıqları budur ki, Tehranla yaxınlığın onların da maraq və sabitliklərinə zərər vura bilər”, - mənbə qeyd edib.
Nəşr əlavə edib ki, ABŞ hücum etsə, İran və Yaxın Şərqdəki proksi qüvvələrinin, o cümlədən “Hizbullah” və husilərin regional təsiri azala bilər. Bununla belə, bu qrupların regiondakı ABŞ bazalarına qarşı əks-hücum ehtimalı var, bu isə gərginliyi daha da genişləndirə və qlobal enerji bazarına təsir göstərə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 23 Fevral 2026 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















