Müttəfiqlərimiz Rusiyanın neft sektoruna zərbə endirməməyi xahiş etdi
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
"Qlobal enerji böhranı fonunda Ukrayna müttəfiqlərindən Rusiyanın neft sektoruna hücumları azaltmaq üçün xahişlər alıb".
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Cavab olaraq, o, Kiyevin Rusiyanın enerji sektoruna hücumlardan yalnız Moskvanın Ukraynanın enerji şəbəkəsinə hücumları dayandıracağı təqdirdə çəkinməyə hazır olduğunu deyib.
Zelenskinin sözlərinə görə, Kiyev Pasxa bayramında (5 aprel) tam atəşkəs və ya enerji sektoruna hücumların dayandırılması da daxil olmaqla istənilən atəşkəs formatına açıqdır.
O vurğulayıb ki, Ukrayna artıq havada, dənizdə və enerji infrastrukturunda gərginliyin azaldılması üçün müxtəlif variantlar təklif edib. Zelenski bildirib ki, Rusiya belə bir addım atmağa hazırdırsa, Ukrayna istənilən vaxt bunu müzakirə etməyə hazırdır.
Aynur Babazadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 31 Mart 2026 00:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















