Icma.az
close
up
RU
Müttəfiqlik münasibətlərimiz möhkəmlənir Cavanşir Feyziyev

Müttəfiqlik münasibətlərimiz möhkəmlənir Cavanşir Feyziyev

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan-Özbəkistan elmi-ədəbi, mədəni əlaqələri çoxəsrlik tarixə və böyük ənənələrə malikdir. İbn Sinanın, Xarəzmi və Buxarinin, Uluqbəyin əsərləri qədim zamanlardan Azərbaycanda oxunmuş və həmişə böyük marağa səbəb olmuşdur. Eyni zamanda, Nizami, Xaqani, Nəsimi və Füzulinin əsərləri Özbəkistanda həmişə oxunmuş və rəğbətlə qarşılanmışdır. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni soykökə malik olan xalqlarımız arasındakı əlaqələr qədim köklərə söykənir.

Təsadüfi deyil ki, dahi özbək mütəfəkkiri Əlişir Nəvai öz “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq yazmışdır. Türk dilində “Xəmsə” yaratmış Əlişir Nəvaini biz özbək ədəbiyyatının rəmzi kimi qəbul etmişik və əsərlərini öz doğma ədəbiyyatımız kimi sevmişik.

Bu mədəni əlaqələr sovet dövründə də davam edib. Xüsusilə, Azərbaycan və Özbəkistan dövlət müstəqilliklərini bərpa etdikdən sonra iki dövlət arasında tarixin ağır sınaqlarından çıxmış bağlar daha da möhkəmlənərək, inkişaf etmiş və bugünkü müttəfiqlik münasibətləri səviyyəsinə yüksəlmişdir.

Özbəkistan ölkəmizin ərazi bütövlüyünün bərpası zamanı da Azərbaycanı tərəddüdsüz dəstəkləyib. Azərbaycan xalqı ən ağır işğal dövründə özbək xalqının qardaşlıq dəstəyini həmişə hiss edib. Bütün bunlar çağdaş münasibətlərimizin tarixində unudulmaz hadisələrdir. Postsovet məkanında olan ölkələr arasında Özbəkistan yeganə ölkədir ki, işğalçı Ermənistanla diplomatik əlaqələr qurmayıb və hər zaman Azərbaycanın yanında olub.

Prezident İlham Əliyevin ölkəyə rəəhbərliyi dövründə Özbəkistanla Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə uğurla inkişaf etməkdədir. Prezidentlərimiz dövlət səfərləri və rəsmi səfərlərlə yanaşı müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. Cənab Şavkat Mirziyoyevin prezident seçildikdən sonra ilk rəsmi səfərini Azərbaycana etməsi iki ölkə arasındakı münasibətlərin səmimiliyinin göstəricisi olmaqla yanaşı əməkdaşlığın və strateji tərəfdaşlığın inkişafı baxımından da olduqca önəmli bir addım idi.

İşğaldan azad edilən Qarabağ torpaqlarında aparılan abadlıq və quruculuq işlərində qardaş Özbəkistanın öz dəstəyini göstərir. Füzuli şəhərində Özbəkistan hökuməti tərəfindən hədiyyə olaraq inşa edilən orta məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır. Azərbaycana ilk səfəri zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin həmin məktəbin açılış mərasimində iştirak etməsi bu qardaşlığın rəmzi idi. Həmin məktəbin açılışında Azərbaycan Prezidenti İlham Əliyev demişdi ki, “…bu məktəb təkcə təhsil ocağı deyil, Özbəkistanla bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq”. Dövlət başçılarının Şuşaya səfəri də çox mühüm hadisələrdən idi. Ötən il Özbəkistanın sərmayəsi ilə Xankəndi şəhərində tekstil fabrikinin istifadəyə verilməsi də növbəti qardaşlıq nümunəsi kimi xatırlanmaqdadır.

Türk dünyasında gedən inteqrasiya prosesləri kontekstində eyni soykökə malik Azərbaycan və Özbəkistan xalqları arasında münasibətlərin bu dinamika ilə inkişafı həm də türk dünyasını inkişaf etdirən amillərdən biridir.

Bu münasibətlər, qarşılıqlı səfərlər türk dövlətlərinin birliyi kontekstində xüsusilə böyük önəm kəsb edir. Özbəkistan Prezidentinin budəfəki səfəri zamanı dövlət başçılarının görüşü, aparılan müzakirələr, iki ölkə arasında müxtəlif sənədlərin mübadilə edilməsi iki dost ölkə arasında münasibətlərin gələcəyi barədə aydın təsəvvür yaradır. Azərbaycan və Özbəkistan arasında mübadilə edilmiş sənədlər bu səfərin ikitərəfli əlaqələrin inkişafında tarixi önəm kəsb etdiyini təsdiqləyir. Əsas hədəf isə Azərbaycan və Özbəkistan arasında əlaqələri daha da gücləndirməkdir. Xatırladaq ki, 2024-cü ilin avqustunda Prezident İlham Əliyevin Daşkəndə səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə dövlətlərimiz rəsmən müttəfiq olublar. Bu, ölkələrimizin əməkdaşlığında tarixi hadisədir.

İyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri çərçivəsində liderlərin mətbuat konfransı zamanı səsləndirdiyi fikirlər dövlətlərarası əməkdaşlığımızın inkişaf perspektivləri haqqında aydın fikir formalaşdırır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi “Biz artıq iki ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk”

Bakı və Daşkəndin iqtisadiyyat, enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı, turizm, təhsil, hərbi və mədəniyyət kimi sahələrdə əməkdaşlığı genişləndirməkdədir. Tərəflər, xüsusilə enerji sektoru və nəqliyyat dəhlizləri kontekstində həyata keçirilən layihələrlə regionun gələcəyinə mühüm töhfələr verməkdədirlər.

Səfər çərçivəsində dövlət başçılarının iştirakı ilə Bakıda Özbəkistanın səfirliyinin yeni binasının açılışı və “Özbəkistan” parkının təməlinin qoyulması da ölkələrimiz arasında əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldiyindən xəbər verir.

Bir neçə gün öncə Milli Məclisin nümayəndə heyətinin tərkibində Özbəkistanın Xivə şəhərində iştirak etdiyimiz Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumu da ölkələrimiz arasında münasibətlərin inkişafının vacib bir göstəricisidir.

Özbəkistan Prezidentinin ölkəmizə səfəri zamanı mübadilə edilmiş sənədlər, o cümlədən Ali Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi Azərbaycan və Özbəkistan arasında əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəldəcək. Bütövlükdə, qarşıya qoyulan hədəflər türk birliyinin daha da güclənəcəyini təsdiqləyir. Azərbaycan və Özbəkistan arasında sarsılmaz qardaşlıq münasibətləri həm ikitərəfli formatda, həmdə Türk Dövlətləri Təşkilatı çərçivəsində daha da möhkəmlənir. Bu əlaqələr bütövlükdə Türk dünyasının birliyi və gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır. Bu günlərdə Xankəndidə gerçəkləşən görüşlər də qardaşlığımızın daha bir təntənəsidir. Şübhəsiz ki, ölkələrimiz arasında günü-gündən inkişaf edən münasibətlər Türk dünyası çərçivəsində mədəni-ədəbi-elmi, siyasi-iqtisadi əlaqələrin inkişafına mühüm töhfələr verəcək.

Cavanşir Feyziyev, 

Millət vəkili, fəlsəfə doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:47
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 İyul 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see157

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see154

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see146

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri