Icma.az
close
up
RU
Müxalifət iqtidardan pul istəyir: “Bizə qəpik quruş verilir”

Müxalifət iqtidardan pul istəyir: “Bizə qəpik quruş verilir”

Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan hökumətinin qərarına əsasən, siyasi partiyalara ayrılan vəsaitin məbləği 1 milyon manat artırılıb. Bu addım hakimiyyətin siyasi sistemin institusional dayanıqlığını gücləndirmək niyyəti kimi qiymətləndirilir.

Lakin suallar da az deyil: ayrılan vəsaitlər partiyaların real siyasi fəaliyyətinəmi yönəlir, yoxsa formal hesabatlarda qalır? Parlamentdə təmsil olunan partiyalardan, o cümlədən Razi Nurullayevin (ADP), Elşən Musayevin (Azərbaycan Demokratik Maarifçilik Partiyası) və Elşad Musayevin (Böyük Azərbaycan Partiyası) Sabir Rüstəmxanlının (Vətəndaş Həmrəyliyi Partiyası) və s. kimi rəhbərlik etdiyi təşkilatlar bu vəsaitləri konkret hansı istiqamətlərdə xərcləyir? Partiyaların məsuliyyəti də artacaqmı?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən Ağ Partiyanın sözçüsü, siyasi-şərhçi Cavanşir Abbaslı bildirib ki, bu xəbər heç də doğru deyil. Yəni, partiyalara ayrılan vəsait heç də bir milyon artırılmayıb.

C. Abbaslının sözlərinə görə, ötən il necədirsə, bu il də elədir. Təbii ki, maliyyə artırılmalıdır. Amma təəssüflər olsun ki, bu gün Azərbaycan reallığında parlament partiyalarına dövlət büdcəsindən daha çox maliyyə ayırır. Digər partiyalara qəpik-quruş kimi məbləğ artırılır. Onlar ayrılan pulu hara və necə xərcləyirlər, məncə özləri daha yaxşı bilir. Onların əvəzindən danışmağım etik olmaz. Parlament partiyalarının da hər birinin kifayət qədər vəsaitləri xərcləmək üçün istiqamətləri var. Azərbaycanda insanlar parlamentdə təmsil olunan partiyalara daha çox üz tuturlar. Həmin partiyalar da müəyyən qədər vəsait xərcləməyə məcbur qalırlar.

Siyasətçi qeyd edib ki, ötən ilin məlumatları yenidən gündəmə buraxılıb. Belə bir qərar yoxdur. Bizim partiyaya gəldikdə isə, qəpik-quruş ayrılan partiyalar siyahısında Ağ Partiya da var. Heç o vəsait partiyanın daxili xərcləri; kammunal, internet, qərargaha xərclənən vəsaitlər üçün belə yetərli deyil. Könül istərdi ki, ayrılsın. Əslində dövlət qeydiyyatında olan hər bir partiyaya dövlət büdcəsindən maliyyə ayrılmalıdır.

C. Abbaslı vurğulayıb ki, bu gün Azərbaycanda əvvəlki illərə nisbətən çox partiya qeydiyyatda deyil:

“Əvvəllər 60-dan yuxarı idisə, indi konkret olaraq ölkədə 26 partiya dövlət qeydiyyatındadır. Düşünürəm ki, onların hər birinə, gücünə, üzvlərinin sayına, cəmiyyətdəki nüfuzu və roluna görə qiymət verilərək vəsait ayrılmalıdır. Ən yaxşı halda isə hər birinə bərabər şəkildə vəsait ayrılsa, çox yaxşı olardı. Bu, Hakim Partiyası, YAP deyib, daim böyük imkanlar yaratmaq və böyük vəsaitlər ayırmaq, parlamentdəki deputatların sayına görə, vəsait ayırmaq doğru deyil. Ümid edirəm ki, bu vəziyyət düzələcək. Adını qeyd etdiyiniz partiyaların hər biri də mənim dostlarımdır”.

Dəniz Pənahova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 27 Oktyabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri