Icma.az
close
up
RU
Müxalifət Paşinyana etimadsızlıq prosesinə başlamaq niyyətindədir

Müxalifət Paşinyana etimadsızlıq prosesinə başlamaq niyyətindədir

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistan Milli Məclisinin müxalif “Şərəfim var” fraksiyası impiçment prosesinə start vermək məqsədilə Masis icmasının rəhbəri Davit Ambarsumyanı baş nazir postuna namizəd kimi irəli sürüb.

Bizimyol.info xəbər verir ki, bu barədə fraksiya rəhbəri Hayk Mamicanyan sosial şəbəkədə yazıb.

“Ermənistan Respublikaçılar Partiyasının İcraiyyə Orqanının bəyanatını nəzərə alaraq, “Şərəfim var” fraksiyası 7 iyun tarixində keçirilən iclasda yekdilliklə qərara gəlib ki, Ermənistan Milli Məclisinin Nizamnamə Konstitusiya Qanununa əsasən, baş nazirə etimadsızlıq ifadə olunması təşəbbüsü ilə çıxış etsin və baş nazir postuna Ermənistan Respublikaçılar Partiyası Şurasının üzvü, Masis icmasının rəhbəri Davit Ambarsumyanın namizədliyini irəli sürsün”, - deyə o qeyd edib.

Xatırladaq ki, bir gün əvvəl sabiq prezident Serj Sarqsyanın rəhbərlik etdiyi, keçmiş iqtidar partiyası olan Ermənistan Respublikaçılar Partiyası parlamentdə de-fakto öz fraksiyası hesab edilən “Şərəfim var”a müraciət edərək, baş nazir Nikol Paşinyana qarşı etimadsızlıq prosesinə başlamağı təklif etmişdi.

Ermənistan qanunvericiliyinə görə, impiçment prosesinə başlamaq üçün təşəbbüsçülər baş nazir postuna öz namizədlərini təqdim etməlidirlər. Təklifin müzakirəyə çıxarılması üçün isə azı 36 deputatın imzası tələb olunur.

Hazırda parlamentdəki iki müxalif fraksiya – “Ermənistan” və “Şərəfim var” birlikdə 34 deputatdan ibarətdir. Parlamentdə daha 4 müstəqil deputat var. Baş nazirə qarşı etimadsızlıq prosesinin qəbul olunması üçün ümumilikdə 107 deputatdan azı 54-ü səs verməlidir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:237
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 İyun 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri