Icma.az
close
up
RU
Müxalifətçi Ermənistanın ikinci şəhərinin meri oldu

Müxalifətçi Ermənistanın ikinci şəhərinin meri oldu

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

AzVision.az xatırladır ki, Gümrüdə növbədənkənar seçkilər mer Vardakes Samsonyanın ötən ilin oktyabrında istefasından sonraya təyin olunub. Bundan əvvəl də şəhərdə yerli hakimiyyət hakim “Vətəndaş Müqaviləsi” partiyasına aid deyildi: 2012-ci ildən 2021-ci ilə qədər mer postunu oliqarx Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyasının dəstəklədiyi Samvel Balasanyan tutub.
2024-cü ildə Ermənistan hüquq-mühafizə orqanları ona qarşı korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi açıb, lakin keçmiş mer ölkədən qaçaraq həbsdən yayınıb.
Balasanyanın istefasından sonra onun tərəfdarları ilə “Vətəndaş Müqaviləsi”nin nümayəndələri arasında razılaşma nəticəsində sabiq merin himayədarlıq etdiyi Samsonyan mer olub. Lakin hakim partiyanın təzyiqi ilə Samsonyan istefa verdi və bu, yeni seçkilərin təyin edilməsini şərtləndiridi. Merin səlahiyyətlərinin icrası isə hakim partiyanın təmsilçisi Sarik Minasyana tapşırılıb.
Seçkilər sərt rəqabət şəraitində keçib. Əsas mübarizə Minasyanın özü, Ermənistan Kommunist Partiyasının üzvü, Gümrü şəhərinin keçmiş meri (1999-2012) Vardan Qukasyan və faktiki olaraq sabiq prezident Serj Sarkisyanın rəhbərlik etdiyi “Ermənistan” fraksiyasının dəstəklədiyi parlament üzvü Martun Qriqoryan arasında gedib.
Paşinyan partiya yoldaşlarına hədə-qorxu gəlib Seçkiqabağə kampaniyada tərəflər bir-birini seçicilərə təzyiq, rüşvətxorluq və inzibati resurslardan istifadə etməkdə günahlandırıblar. Hüquq-mühafizə orqanları Qriqoryanın bir neçə tərəfdarını seçicilərə rüşvət payladığına görə saxlayıb və hakimiyyət onun seçicilərə təzyiq göstərən cinayətkar qruplar tərəfindən dəstəkləndiyini bildirib.
Qeyd edək ki, son vaxtlar baş nazir Nikol Paşinyanın və hakim “Vətəndaş Müqaviləsi” partiyasının reytinqi xeyli aşağı düşüb. Bu kontekstdə Gümrüdəki seçkilər gələn il keçiriləcək parlament seçkiləri ərəfəsində Paşinyan komandası üçün mühüm əhəmiyyət kəsb edirdi. Bəzi mənbələrin məlumatına görə, Ermənistanın baş naziri nəyin bahasına olursa-olsun, bu seçkilərdə qalib gəlməyi öz partiyasının qarşısında vəzifə kimi qoymuşdu.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://azvision.az
archiveBu xəbər 16 Aprel 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri