Icma.az
close
up
RU
Müxalifətdən COP29un Azərbaycanda keçirilməsinə DƏSTƏK

Müxalifətdən COP29un Azərbaycanda keçirilməsinə DƏSTƏK

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir. Bu gün Konfransın 5-ci günüdür.

Noyabrın 11-də start götürən tədbirdə dünyanın təxminən 190-dan çox ölkəsini 75 mindən çox nümayəndə təmsil edir. COP29 Konfransı çərçivəsində bir sıra məsələlər ətrafında önəmli müzakirələr gedir. 

Maraqlıdır, Azərbaycan müxalifət partiyaları COP29-la bağlı nə düşünürlər? Müxalifət tərəfindən COP29-un siyasi əhəmiyyəti necə xaraketerizə edilir? 

Mövzu ilə bağlı Modern.az-a danışan Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, COP29 kimi beynəlxalq səviyyəli BMT tədbirinin Azərbyacanda keçirilməsi ölkəmizin qlobal səviyyədəki imicinin müsbət mənada dəyişməsinə xidmət edir:

"Bu da bizim maraqlarımız çərçivəsindədir. Odur ki, burada iqtidar və ya müxalifət olmağın fərqi yoxdur. Azərbaycan maraqlarından söhbət getdiyi yerdə iqtidar və müxalifət anlayışlarının ikinci, üçüncü plana keçirilməsinin tərəfdarıyıq. Belə olan halda COP29-un Azərbaycanda keçirilməsini təbii ki, müsbət qiymətləndiririk. COP29-u Azərbaycanın beynəlxalq imicinin yaxşılaşdırılması üçün bir fürsət kimi dəyərləndirik. Məlum olduğu kimi, Ermənsitan İkinci Qarabağ Müharibəsindən sonra beynəlxalq aləmdə Azərbaycanın imicini qərəzli şəkildə nüfuzdan salmaq üçün müxtəlif tədbirlər həyata keçirir. Hətta lobbi və diaspor təşkilatlarından istifadə edərək Azərbaycanı dünyada işğalçı, varvar kimi tanıtmağa çalışır və təəssüf ki, bir çox hallarda buna nail olur. COP29 çərçivəsində Azərbaycana 70 min civarında xarici turist, rəsmi şəxslər, jurnalist və QHT nümayəndələri gələcək. Bu fürsətdən istifadə edib Azərbaycan həqiqətlərini onlara çatdırmalıyıq. COP29 kimi beynəlxalq tədbir keçirilir deyə Bakı şəhərində bəzi məhdudiyyətlər yaşanır, müəyyən dəyişikliklər olur. Düşünürəm ki, 5-10 gün buna dözmək olar. Bunun cəmiyyətdə xüsusi ajiotaj və problem yaradacağına inanmıram".

Partiya sədri iqlim dəyişiklikləri ilə bağlı mövqeyini isə belə açıqlayıb:

"İqlim dəyişikliyinə neqativ təsir edən ölkələrin hamısının böyük dövlətlər olması maraqlı faktdır. Onlar bu gün COP29-da aparıcı tərəf kimi çıxış edirlər. Düşünürəm ki, hər ölkə öz öhdəliyini yerinə yetirsə, daha yaxşı olar. COP29-a iqlim dəyişikliklərinin həlli kimi yox, daha çox siyasi aksiya kimi baxıram. Azərbaycanı da bu siyasi prosesdən yararlanmağa çalışmağa çağırıram. İqlim dəyişikliklərinin qarşısını belə tədbirlərin alacağına onsuz da inanmıram. Çünki iqtisadi maraqlar hər şeydən üstün gəlir. Bu günə qədərki müşahidələrimiz göstərir ki, böyük dövlətlərin iqtisadi maraqlarının iqlimdən də, demokratiyadan da, insanların azadlığından da öndə gəlir. COP29-u Azərbaycanın maraqlarına xidmət edə biləcək siyasi aksiya kimi görürüəm. Bundan maksimum yararlanmağı məqəsəduyğun hesab edirəm".

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli söyləyib ki, Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərə evsahibliyi etməsi təqdir olunmalıdır:

"Bu müasir dünyada dövlətin nüfuzunu, əlaqələrini, beynəlxalq münasibətlərdə iştirak səviyyəsini stimullaşdırır. Eyni zamanda bu ölkəmizin təqdimatı da sayıla bilər. Biz, təbii ki, bütün yaxşı cəhətlərimizi nümayiş etdirməyə calışırıq, dəyərlərimizi, fərqliliyimizi, təşkilatçılıq qabiliyyətimizi, qonaqpərvərliyimizi göstəririk. Eyni zamanda istəməsək də, digər mənfi çalarlarımız da qonaqların diqqətini cəlb edir. Bunun da müsbət tərəfləri var. Çünki hər növbəti tədbirə kimi bu cür çatışmazlıqları da müəyyən qədər hökumət aradan qaldırmağa, islahatlar aparmağa səy göstərir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Noyabr 2024 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri