Icma.az
close
up
RU
“Müxalifətin hökuməti tənqid edəcək bir səbəbi yoxdur” Prezidentin xüsusi nümayəndəsi

“Müxalifətin hökuməti tənqid edəcək bir səbəbi yoxdur” Prezidentin xüsusi nümayəndəsi

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezidentin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İspaniyanın “El Mundo” qəzetinə müsahibə verib.

“Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Ermənistanla sülh sazişi kontekstində, Azərbaycan əslində dayanıqlı sülhdən danışmaq üçün hansı konkret addımları atır?

- Bütün maddələr razılaşdırılıb. Sənədin imzalanmasına mane olan məsələ Ermənistan Konstitusiyasının sülh razılaşmasının məzmunu ilə ziddiyyət təşkil etməsidir. Biz istəyirik ki, Ermənistan tərəfi öz Konstitusiyasını (Qarabağdan imtina etməklə) bu razılaşmanın ruhuna və mətninə uyğun şəkildə dəyişsin. Azərbaycan elə bir davamlı sülh istəyir ki, bu sülh ermənilər tərəfindən nə revanşla, nə də hər hansı mövqe dəyişməsi ilə pozula bilməsin. Ermənistan hökumətinin Konstitusiyanı dəyişməkdən imtina etməsi isə onun niyyətlərinin səmimiliyinə dair Azərbaycanda müəyyən şübhələr yaradır. Hesab edirəm ki, bugünkü vəziyyətə baxsaq, Ermənistan və Azərbaycan böyük məsafə qət ediblər. Odur ki, biz ümid edirik ki, Ermənistan tərəfi qalan iki məsələnin həlli üçün siyasi iradə nümayiş etdirəcək.

- Bu konstitusiya islahatı xeyli vaxt aparacaq. Görünür ki, 2026-cı ildən əvvəl baş verməyəcək. Belə olan halda, bu məsələ “yarımçıq sülh planı” ilə nəticələnmədən necə irəliləyə bilər?

- Ermənistan tərəfindən eşitdiyimiz odur ki, yeni Konstitusiya layihəsini gələn il – yəni 2026-cı ilin iyunundakı seçkilərdən sonra referenduma çıxarmağı planlaşdırırlar. Biz də bu müddətin çox uzun olduğunu düşünənlərlə eyni fikirdəyik.

- Azərbaycanda üstün mövqe sizdədir, çünki Ermənistanın Baş naziri Nikol Paşinyan Bakıya mümkün güzəştlərdən danışanda daxildə təzyiqlərlə üzləşir. Amma Azərbaycanda bu yoxdur. Bəzi tənqidçilər deyirlər ki, bu, sizin ölkədə müxalifətin sıxışdırılması ilə əlaqədardır.

- Bu, reallığa tam ziddir. Bizdə müxalifət, azad mətbuat, azad internet var; hökumətin digər sahələrdə fəaliyyətini tənqid edən çoxlu insanlar var. Lakin konkret bu məsələdə Azərbaycan cəmiyyətində yekdillik mövcuddur. Çünki müxalifətin hökuməti tənqid edəcək bir səbəbi yoxdur – bu hökumət 30 illik işğal problemini həll edib. Dövlət öz xalqı və ordusunun dəstəyi ilə tarixi ədaləti və beynəlxalq hüququ bərpa edib. Bu gün ərazi bütövlüyünün pozulmasından, beynəlxalq hüququn tapdalanmasından çox danışılır. Amma bu vəziyyətlə ilk qarşılaşan ölkələrdən biri 1990-cı illərin əvvəlində məhz Azərbaycan idi. Ona görə də həmin tənqidçilərə və istinad etdiyiniz QHT-lərə sual vermək istəyirəm: O zaman siz harada idiniz? Niyə susurdunuz? Qorxurdunuz, yoxsa bacarıqsız idiniz? Biz BMT Nizamnaməsinin 51-ci maddəsini – özünümüdafiə hüququnu – tətbiq etməyə qərar verdik. Və bu problemi beynəlxalq hüquqa tam uyğun şəkildə özümüz həll etdik. Ermənistandakı müxalifət isə müharibə tərəfdarıdır. Onlar Azərbaycanla sülhə qarşı çıxırlar. Türkiyə ilə normallaşmaya qarşı çıxırlar. Onlar hələ də qisas arzusu ilə yaşamaq istəyirlər.

- Digər bir açıq qalan məsələ isə Zəngəzur dəhlizidir. Bu dəhliz Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək. Amma siz həmin keçid məntəqəsində erməni gömrük və təhlükəsizlik qüvvələrinin olmasını istəmirsiniz.

- Biz Ermənistanın artıq 2020-ci ildə bu məsələ ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini istəyirik. Maneəsiz keçid o deməkdir ki, Azərbaycan ərazisinin bir hissəsindən digər hissəsinə keçid zamanı həmin 43 kilometrlik Zəngəzur dəhlizində heç bir maneə olmayacaq. İkinci öhdəlik isə ondan ibarət idi ki, bu keçid məntəqəsinin təhlükəsizliyini Ermənistan hüquq-mühafizə orqanları deyil, Rusiya sərhədçiləri təmin edəcək. Ermənistan hazırda tam təcrid vəziyyətindədir. Bütün əsas infrastruktur – neft kəmərləri, dəmir yolları və s. – Ermənistanı dolanaraq keçir. Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır. Açıq sərhədləri yalnız İran və Gürcüstanladır. Ermənistan regionda təcrid vəziyyətindən çıxa bilər. Əgər razılaşmalara əməl etsə, o da şərqdən qərbə və qərbdən şərqə keçən bütün ticarət və nəqliyyat dəhlizlərinin keçdiyi tranzit ölkəyə çevrilə bilər.

- Ermənistan Rusiyadan narazıdır. Onlar hesab edir ki, Moskva onu Azərbaycana qarşı müdafiə etməyib. Ukrayna müharibəsi səbəbindən Rusiya bu regionda təsir gücünü itirib. Bundan sonra Azərbaycan-Rusiya münasibətləri necə olacaq?

- Mən bilmirəm, Ermənistan niyə düşünür ki, Rusiya onu Azərbaycana qarşı müdafiə etməli idi. Əgər söhbət 2020-ci il müharibəsindən gedirsə, həmin müharibə Azərbaycanın beynəlxalq müstəvidə tanınmış ərazisində baş verib.

- Sonradan Qarabağdan kənar ərazilərdə də hücumlar olub.

- Fərqli vaxtlarda hər iki tərəf atəşkəsi pozub.

- Amma Azərbaycan Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü deyil, Ermənistan isə üzvdür.

- Əgər həmin təşkilatın nizamnaməsini oxusanız, görərsiniz ki, Rusiya yalnız Ermənistanın ərazisi işğal edildikdə öhdəlik daşıyır. Hazırda Azərbaycanın Ermənistan ərazisini işğal etdiyinə dair heç bir sübut yoxdur, çünki sərhəd demarkasiya olunmayıb. Ermənistan 20% Azərbaycan ərazisini qanunsuz olaraq işğal edəndə, bu bizim problemimiz idi və biz onu özümüz həll etdik.

- Ermənistan sərhədlərin müəyyənləşdirilməsində sovet dövrünə aid xəritələrdən istifadəni təklif edir, siz isə daha reallığa əsaslanan yanaşma istəyirsiniz. Ortaq məxrəc tapmaq mümkündürmü?

- Sərhədlərin müəyyənləşdirilməsi məsələsində artıq ciddi irəliləyiş əldə olunub – iki komissiyanın istifadə edəcəyi hüquqi çərçivə razılaşdırılıb. Söhbət təkcə xəritələrdən getmir, çünki demarkasiya çox detallı və uzunmüddətli bir prosesdir. Artıq sərhədin 12 kilometrlik hissəsi müəyyən olunub və işlər davam etdirilir. Ümumilikdə bu sərhəd 1000 kilometrdən çoxdur və bu illərlə vaxt aparacaq.

- Qarabağda yaşayan ermənilərin evlərinə qayıtmaq imkanları haqqında nə deyə bilərsiniz?

- Hələ də orada yaşayan bəzi ermənilər var. Gedənlər isə əslində Azərbaycan dövlətində qalmaq və inteqrasiya olunmaq üçün bütün zəruri şəraitlə təmin olunmuşdular. Onlar getməyi özləri qərara aldılar. Gəlin həm də xatırlayaq ki, bu münaqişənin nəticəsində yüz minlərlə azərbaycanlı Ermənistandan qovulub: Sovet dövründə orada yaşamış 300.000 nəfər 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində etnik təmizləməyə məruz qalıblar. Və burada fərq ondadır ki, biz ermənilərə qalmaq üçün hər cür imkanı verdik. Onları çıxmağa məcbur etmədik. Əgər qayıdışdan danışırıqsa, bu, heç bir ayrı-seçkilik olmadan, hər kəsin – o cümlədən azərbaycanlıların da qayıdışı olmalıdır. Bir də mina problemi var. Bu problem yalnız Azərbaycandadır, Ermənistanda yoxdur, çünki bütün minalar bizim ərazimizdə basdırılıb – münaqişə bizim torpaqlarımızda baş verib. Biz 1.5 milyon mina və atəşkəsdən sonra 397 mina qurbanından danışırıq; ondan əvvəl isə artıq 3400 nəfər mina qurbanı olmuşdu. Bu günə qədər Azərbaycanda mina ilə çirklənmiş ərazilərin cəmi 17%-i təmizlənib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 26 İyun 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see193

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see160

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see132

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see131

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri