“Müxalifətin qalib gəlmək şansı yoxdur” Kobaxidze
Icma.az bildirir, Gununsesi portalına istinadən.
“Müxalifətin qalib gəlmək şansı yoxdur və hakim “Gürcü arzusu” partiyası 2030-cu ilə qədər bütün səviyyələrdə hakimiyyəti saxlayacaq”.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan edib.
Partiyanın baş katibi, Tbilisi meri Kaxa Kaladze də çıxışında bildirib ki, dövlət çevrilişinə çağırışlar ölkədə qarışıqlıq yaratmaq məqsədi daşıyır. Onun sözlərinə görə, hər hansı qanunsuz hərəkətə dövlət qurumları tərəfindən sərt cavab veriləcək.
Xatırladaq ki, müxalifətdə olan “Vahid Milli Hərəkat” partiyasının liderlərindən Levan Xabeişvili oktyabrın 4-də keçiriləcək yerli seçkilər günü hökumətin “dinc yolla devrilməsi” planlarını açıqlamış, tərəfdarlarını Rustaveli prospektində toplaşmağa çağırmışdı.
Firuzə
Baxış sayı:58
Bu xəbər 09 Sentyabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















