Muxtar Babayev Danimarka kralı ilə görüşüb
Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
COP29-un prezidenti Muxtar Babayev Danimarka kralı X Frederik ilə görüşüb. SİA xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.
Görüşdə həmçinin COP30-un prezidenti Andre Korrea du Laqu, Danimarkanın iqlim, energetika və kommunal xidmətlər naziri Lars Aaqaard, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Samyon Stil iştirak ediblər.
"Görüş zamanı tərəflər çoxtərəfli münasibətlər sisteminin qorunması üçün dünya ictimaiyyətinin diqqətinin zəruri olan addımlara cəlb edilməsi yollarını, həmçinin COP29-da qəbul edilmiş qərarların icrasını, COP30-un uğurla keçirilməsi imkanlarını müzakirə ediblər", - məlumatda qeyd olunub.
Baxış sayı:113
Bu xəbər 08 May 2025 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















