Icma.az
close
up
RU
Muxtar Babayev: Danışıqlar heç də asan olmayacaq, amma COP29un əsas məqsədinə nail olmalıyıq

Muxtar Babayev: Danışıqlar heç də asan olmayacaq, amma COP29un əsas məqsədinə nail olmalıyıq

Operativmedia saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Azərbaycana və COP29-a xoş gəlmisiniz. Mən burada iştirak edən ölkələrin təmsilçilərinə, qeyri-hökumət təşkilatlarının nümayəndələrinə çox təşəkkür edirəm. Biz təkcə Azərbaycanın qonaqpərvərliyini deyil, həm də zəngin təbiətini nümayiş etdirmək istəyirik”.

"Operativ Media" xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev COP29-un açılış mərasimində bildirib.

Muxtar Babayevin sözlərinə görə, ətraf mühit proqramı onu deməyə əsas verir ki, qlobal səviyyədə temperatur 3 dərəcəyədək artıb: “Bu isə fəlakətdən xəbər verir. Müxtəlif kontinentlərdə insanlar bu problemdən əziyyət çəkir. Onlar bizdən kağız üzərində müzakirə yox, konkret addımlar gözləyir. Bizim bu sahədə planımız ambisiyaların artırılması və fəaliyyətin gücləndirilməsindən ibarətdir. Maliyyələşmə sahəsində ambisiyalılığı artıra və əlavə maliyyə vəsaiti cəlb edə bilərik. Burada əsas məsələ kollektiv səylərin artırılmasından ibarətdir. Yeni müəyyənləşdiriləcək səylər özündə daha effektiv nəticələri ehtiva etməlidir. Burada söhbət 100 milyardlarla dollardan gedir. Bizim yekun qərar qəbul etməyimiz üçün 11 günümüz var. Biz başa düşürük ki, danışıqlar heç də asan olmayacaq, amma biz konfransın əsas məqsədinə nail olmalıyıq. Əldə edəcəyimiz nəticələr təkcə ayrı-ayrı ölkələrin deyil, bütövlükdə planetimizin maraqlarına xidmət etməlidir. Sabah qənaət etmək üçün bu gün investisiya cəlb etməliyik. Daha bir məsələ 6-cı maddə üzrə razılığın əldə olunmasıdır. Düşünürəm ki, COP29-da irəli addımların atılması üçün kifayət qədər fürsətlər yaranacaq. Burada təkcə maliyyələşmə yox, həm də insan həyatını xilas edəcək texnologiyaların ehtiyacı olan dövlətlərə təqdim edilməsi də mühüm rol oynayır. Məhz belə olduqda əsas məqsədimizə çata biləcəyik. Unutmamalıyıq ki, bu, bizim sonuncu fürsətimizdir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 11 Noyabr 2024 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri