Icma.az
close
up
RU
Muxtar Babayev: İqlim tədbirləri ilə sosial müdafiə arasında kritik əlaqə var

Muxtar Babayev: İqlim tədbirləri ilə sosial müdafiə arasında kritik əlaqə var

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 30 sentyabr, AZƏRTAC

İqlim tədbirləri ilə sosial müdafiə arasında kritik əlaqə mövcuddur. Həqiqətən də, iqlim tədbirləri yalnız emissiyaların azaldılması və ya texnologiyaların tətbiqi ilə məhdudlaşmır. Bu, əsasən, insanlarla, onların sağlamlığı, bacarıqları, təhsili, məşğulluğu və ləyaqəti ilə bağlıdır. Buna görə də COP29 çərçivəsində ilk dəfə İnsan İnkişafı Günü təşkil edildi və iqlim dayanıqlığı üçün insan inkişafı ilə bağlı ortaq təşəbbüs irəli sürüldü.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW 2025) ikinci günü çərçivəsində etdiyi çıxış zamanı bildirib.

O deyib ki, bu təşəbbüs uşaqlara və gənclərə fokuslanmaqla onları bir araya gətirməyə yönəlib:“Təşəbbüs çərçivəsində tam bir proqram paketi təqdim edildi və ilk növbədə insanları qlobal diqqət mərkəzinə gətirdi. Biz yüksək səviyyəli rəhbərləri iqlim dəyişikliyinin insan inkişafına təsirini qiymətləndirmək üçün topladıq. Bu, təzyiq altında olan səhiyyə sistemindən, uşaqların təhsilə çıxışının məhdudlaşmasına, işçilərin qarşılaşdığı pozuntulara və yeni bacarıqlara ehtiyacına qədər geniş sahələri əhatə etdi. Eyni zamanda, təhsil, sağlamlıq, yaşıl iş yerləri və gənclərin işsizliyi mövzusunda tematik seminar təşkil etdik. Bu, beynəlxalq nümayəndələrə təcrübə mübadiləsi etmək və praktik həllər hazırlamaq imkanı verdi. İkinci olaraq, biz insan inkişafı üçün iqlim təşəbbüslərində yönəldici prinsiplər toplusunda razılığa gəlmək üçün hamını bir araya gətirdik. Bu prinsiplər gələcək illər üçün aydın istiqamət müəyyən edir. Onlar ölkələrdən iqlim tədbirlərini insan inkişafı ilə uyğunlaşdırmağı, təhsil, iş və sağlamlığı insan inkişafının əsas göstəricisi kimi tanımağı tələb edir. Bu, hökumətləri, işçiləri, həmkarlar ittifaqlarını, vətəndaş cəmiyyətini, akademiyanı, uşaqları və gəncləri ədalətli keçid aspektlərini müəyyən etmək üçün bir araya gətirməyin vacibliyini vurğulayır. Eyni zamanda, iqlim savadlılığı və təhsil sahəsinə daha çox sərmayə qoyulmasını, gənclərin yaşıl iqtisadiyyat və enerji keçidi üçün lazımi bilik və bacarıqlara sahib olmasını tələb edir. Nəhayət, təşəbbüs davamlılığı təmin etmək üçün yeni platformalar yaratdı. Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində İqlim və Sağlamlıq üzrə Sənədli Ko-prezidentliyin Davamlılıq Koalisiyasını təsis etdik. Bu koalisiya sağlamlığın iqlim gündəliyində ön planda qalmasını təmin edəcək və sədrlik dövrlərimizdə əldə edilən tərəqqi gələcək sədrliklər üçün davam etdiriləcək”.

Muxtar Babayev diqqətə çatdırıb ki, açıq dialoq zamanı hamı razılaşıb ki, insan inkişafına sərmayə qoymaq iqlim baxımından ağıllı sərmayədir:“Buna görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bizim işimizdə mühüm tərəfdaş olub. Onların rəhbərliyi göstərdi ki, sosial müdafiə, məşğulluq siyasəti və bacarıqların inkişafı iqlim dayanıqlığının əsas sütunlarıdır. Biz başladığımız təşəbbüsləri və tərəfdaşlıqları davam etdirməyi səbirsizliklə gözləyirik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri