Muxtar Babayev qətərli iş adamlarını Qarabağa sərmayə yatırmağa çağırıb
Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev qətərli iş adamları, sərmayəçilər və biznes dairələrinin Qarabağa sərmayə yatırması ilə bağlı çağırış edib.
“Report” xəbər verir ki, nazir bu barədə Qətərin Milli Günü ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyinin keçirdiyi qəbulda danışıb.
“Qətərli iş adamları, sərmayəçilər və biznes dairələri Qarabağa sərmayə yatırmağa dəvət olunur”, - M.Babayev qeyd edib.
Nazirin sözlərinə görə, Qətər hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib:
“Bu, Azərbaycan tərəfindən yüksək qiymətləndirilib. Beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkə arasında faydalı əməkdaşlıq davam edir. Əminəm ki, birgə səylər sayəsində Azərbaycan-Qətər əlaqələrinin bundan sonra da yüksələn xətlə inkişafının şahidi olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 18 Dekabr 2024 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















