Icma.az
close
up
RU
Muxtar respublika səhiyyəsndə hemodializ xidmətləri genişləndirilir

Muxtar respublika səhiyyəsndə hemodializ xidmətləri genişləndirilir

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində muxtar respublikada səhiyyə sahəsində bir sıra mühüm layihələr icra olunur. Bu layihələr çərçivəsində səhiyyə müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə vacib satınalmalar həyata keçirilir.

Sözügedən proqram əsasında icra edilən əsas layihələrdən biri də xroniki böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərə göstərilən ixtisaslaşdırılmış tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş “Hemodializ Mərkəzi”nin yaradılması və müasir tələblərə cavab verən avadanlıqlarla təmin olunmasıdır. Mərkəzin yaradılmasında əsas məqsəd muxtar respublikada dializdən asılı olan, böyrək çatışmazlığından əziyyət çəkən vətəndaşların keyfiyyətli tibbi xidmətlərdən faydalanmasına şərait yaradılmasıdır. 

Yaradılan mərkəzdə pasiyentlərə daha keyfiyyətli tibbi xidmətin göstərilməsi məqsədilə müvafiq satınalmalar həyata keçirilmiş, müasir texnologiyalara uyğun istehsal olunmuş 53 ədəd hemodializ cihazı və müalicə prosesinin daha rahat və effektiv təşkili üçün qurğuya inteqrasiya edilmiş internet bağlantısı və qulaqcıq girişli, yüksək təsvir keyfiyyətinə malik monitorla təchiz edilmiş 3 idarəetmə mühərrikli 48 ədəd hemodializ kreslosu alınmışdır.

Qeyd edək ki, Hemodializ Mərkəzinin önümüzdəki ayın sonunda fəaliyyətə başlaması nəzərdə tutulur.

Naxçıvan şəhərində yaradılan şəraitlə yanaşı, muxtar respublikanın rayonlarında da hemodializ xidmətlərinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görülür. Bu məqsədlə yaxın günlərdə Şərur Regional Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən Şərur və Kəngərli Rayon Mərkəzi xəstəxanalarına, həmçinin Culfa Regional Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən Culfa Rayon Mərkəzi Xəstəxanası və Ordubad Rayon Mərkəzi Xəstəxanasına hemodializ cihazları və hemodializ kresloları təhvil verilmişdir.

Görülən işlər muxtar respublikanın bölgələrində hemodializ xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və tibbi xidmətlərin vətəndaşlar üçün daha əlçatan olmasına xidmət edəcəkdir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 İyun 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri