Müxtəlif ssenarilərə hazırlaşırıq Zelenski
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Şimalda Rusiyanın mümkün hərəkətlərinə hazırlıq, dronlardan qorunma və hava hücumundan müdafiənin əlavə gücləndirilməsi hərbi komandanlıqla yeni görüşün əsas mövzularına çevrildi.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram"dakı paylaşımında açıqlayıb.
Dövlət başçısının sözlərinə görə, o, müdafiə nazirinin səlahiyyətlərini icra edən Yevhen Xmara və Prezident Administrasiyasının rəhbərinin müavini Pavlo Palisa ilə birlikdə ordu korpuslarının komandirləri ilə bir sıra görüşləri davam etdirib.
Görüş zamanı komandirlər öz ərazilərindəki vəziyyət, Rusiya qoşunlarının fəaliyyəti, düşmənin planlarının qiymətləndirilməsi və Ukrayna qüvvələrinin əks-hücum imkanları barədə məlumat veriblər.
Bundan əlavə, Zelenskiyə Çerniqov-Kiyev istiqamətində müxtəlif ssenarilərə hazırlıq barədə məlumat verilib.
Dövlət başçısı qeyd edib ki, "kəşfiyyat məlumatları və rusların müharibəni uzatmaq və genişləndirmək üçün əlavə yollar axtarması nəzərə alınmaqla, Çerniqov-Kiyev istiqamətində hadisələrin müxtəlif ssenarilərinə hazırlığımız barədə hesabat var".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 21 İyul 2026 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















