Icma.az
close
up
RU
Muzey Mərkəzində “Zəfərin izi” adlı sərgi açılıb

Muzey Mərkəzində “Zəfərin izi” adlı sərgi açılıb

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 1 noyabr, AZƏRTAC

Noyabrın 1-də Muzey Mərkəzində Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Zəfərin izi” adlı sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, qəhrəman şəhid və qazilərimizin göstərdiyi misilsiz igidliyin, eləcə də xalqımızın milli həmrəyliyinin incəsənət vasitəsilə təcəssüm etdirilməsi məqsədilə təşkil edilib.

Tədbirdə Xalq rəssamları Ömər Eldarov, Arif Hüseynov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri Aslan Xəlilov çıxış edərək bildiriblər ki, qazanılan tarixi Qələbə fırça ustalarının da yaratdığı əsərlərdə təcəssüm tapıb. Son beş ildə rəssamlarımız daha çox qələbə əhval-ruhiyyəli əsərlər yaradıblar.

Qeyd edilib ki, bu gün Muzey Mərkəzində sərgilənən əsərlər yaxın gələcəkdə işğaldan azad edilən tarixi torpaqlarımızda nümayiş olunacaq.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

“Zəfərin izi” adlı rəsm sərgisində 38 əsər nümayiş edilib.

Sərginin ekspozisiyasında tanınmış sənətkarlar Arif Hüseynovun “Şahbulaq qalası”, Vüqar Əlinin “Hədəfə doğru”, Mir Azər Abdullayevin “Kədəri sevincə çevirən Azərbaycan əsgəri!”, Fikrət İbrahimlinin “Diriliş”, Tahir Şıxəliyevin “Bir yolumuz var, evə getmək! Yurda qayıdış”, Nazim Məmmədovun “Zəfərin sonu” və gənc rəssamlar Nərmin Abdullayevanın “Zəfər atı”, Fuad Musayevin “Tarixin səsi”, Oksana Kazımovanın “Qələbə küləyi”, Zəhra Bağırlının “Tarix yazanlar”, Aynur Novruzovanın “Qayıdan torpaqların qayıtmayan oğulları”, Lalə Hüseynzadənin "44-Zəfər günü", Emin Aslanovun “Zəfər sənindir, Azərbaycan əsgəri!”, Emin Aslanovun “Biz qalibik” və s. kimi qrafika, rəngkarlıq və plakat janrlarında işlənmiş əsərləri yer alıb.

Sərgidə plakat janrında yaradılmış əsərlərə xüsusi yer ayrılıb və həmin əsərlər həm bədii, həm də ideya məzmunu baxımından sərginin ümumi ruhuna özünəməxsus töhfə verir.

Təqdim olunan əsərlər Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini, Ordumuzun şücaətini və azadlıq ruhunu bədii dillə ifadə edir.

Tədbir çərçivəsində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin istedadlı tələbələrinin iştirakı ilə musiqi və rəqs proqramı təqdim olunub.

Sərgi Muzey Mərkəzində noyabrın 5-dək ziyarətçilər üçün açıq olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Noyabr 2025 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri