Icma.az
close
up
RU
MVA nümayəndələri Bərdədə layihəyə cəlb olunacaq şəxslərlə görüşüb

MVA nümayəndələri Bərdədə layihəyə cəlb olunacaq şəxslərlə görüşüb

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

20 may 2025-ci ildə “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin nümayəndələri “Böyük Qayıdışa hazırlaşan keçmiş köçkünlərlə iş” layihəsi üzrə Bərdə Dövlət İdarəçilik və Texnologiya Kollecinin konfrans zalında benefisiarlarla görüşüb.

MVA İB-nın və layihənin rəhbəri Fərman Nəbiyev bildirib ki, məqsəd uzun illərin həsrətindən sonra doğma yurdlarına dönəcək şəxslərin yeni sosial-iqtisadi mühitə inteqrasiyasını dəstəkləməkdir: “Biz sizin məşğulluq imkanlarınızı artırmaq, müasir dövrün tələblərinə uyğun peşə biliklərinizi inkişaf etdirmək üçün burdayıq. Düşünürük ki, İT bacarıqları sizə istənilən sahədə özünüzü reallaşdırmaq üçün böyük imkanlar yaradacaq”.

“Ekoloji İnformasiya” İctimai Birliyinin sədri Musa Muradlı diqqətə çatdırıb ki, son illər gənclərin, xüsusən keçmiş məcburi köçkünlərin sürətlə inkişaf edən İT sektoruna marağı artıb. O, deyib ki, Azərbaycanda, xüsusən Qarabağ bölgəsində İT sahəsində bacarıqlı kadrlara ciddi ehtiyac var və bu proqramı yaxşı mənimsəyən hər kəsin yolunda “yaşıl işıq” yanacağına əmindir.

“General Perspective Academy” MMC-nin təsisçisi və direktoru Pərvanə Ağayeva da təlimlərdə iştirak edənlərin ən azı 80%-nin şəxsi və peşəkar inkişafında müsbət dəyişikliklər müşahidə olunacağını vurğulayıb. Onun sözlərinə görə, qızların əksəriyyət təşkil etməsi təqdirəlayiq haldır, çünki bir qadının savadlı olması ən azından bir ailənin  savadlı olmasınana şərait yaradır.

Görüşdə tələbə Şəbnəm Quliyeva kompüter bilgiləri əldə etməsinin sosial mühitdə özünəinam və fəallığına təsirindən danışıb və həyatında baş verən müsbət dəyişikliklərlə bağlı uğur hekayəsini bölüşüb. Layihənin benefisiarlarına qələm və bloknotlar paylandıqdan sonra birgə foto çəkilib. Eyni zamanda təlmlərin keçiriləcəyi məkana baş çəkilib. Xatırladaq ki, 30 nəfər üçün 2 ay ərzində nəzərdə tutulan təlimlər Bərdədəki  “General Perspective Academy”  MMC-nin və Mingəçevir Turizm Kolleci Publik Hüquqi Şəxsinin kompüter mərkəzlərində aparılacaq.

MVA İB 2025-ci il mayın 1-dən başlayan və iyulun 30-dək davam edən yeni layihəsini “Azərbaycan Respublikasının  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” Publik Hüquqi Şəxsin qrant proqramı çərçivəsində həyata keçirir.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://azpost.info
archiveBu xəbər 21 May 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri