Icma.az
close
up
RU
MY ilə “Tottenhem” İngiltəyə ÇL də 6 cı vəsiqəni qazandırdılar

MY ilə “Tottenhem” İngiltəyə ÇL də 6 cı vəsiqəni qazandırdılar

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Mayın 8-də Avropa Liqasının (AL) finalçıları müəyyənləşdi.

"Football-plus.az" xəbər verir ki, ilk matçlarda inamlı qələbələr qazanan İngiltərə klubları cavab görüşlərində də qalib gələrək finala çıxdılar.
yarımfinal, cavab oyunları
Mançester Yunayted (İngiltərə) - Atletik (İspaniya) 4:1 (ilk oyun - 3:0)

Maunt, 72; 90+1. Kazemiro, 80. Heylunn, 85 - Xaureqisar, 31.
Mançester Yunayted: Onana, Mazraui (Şou, 62), Yoro, Maquayr, Lindelöff (Amass, 81), Uqarte (Diallo, 62), Kazemiro (Maynu, 81), Dorqu B.Fernandeş, Qarnaço (Maunt, 62), Heylunn.
Atletik: Aqirresabala, Qorosabel (De Markos, 62), Y.Alvares, Nunyes, Berçiçe, De Qalarreta (Prados, 61), Xaureqisar, Calo (Olabarryeta, 62), U.Qomes (Quruseta, 67), Berenger, Sannadi.
Liqa mərhələsini “Latsio” ilə birgə 19 xalla şərikli lider kimi başa vuran “Atletik”in doğma meydanında keçiriləcək finalda oynamaq şansı “Mançester Yunayted”ə evdə 0:3 hesabıyla uduzmaqla heçə enmişdi.
Xatırladaq ki, “San Mames”dəki gözlənilməz hesaba şərait yaradan əsas fakt müdafiəçi Vivianın qırmızı vərəqə almasına görə ev sahiblərinin 35-ci dəqiqədən sona qədər on nəfərlə oynaması olmuşdu. Buna baxmayaraq, bilbaolular Mançesterdə çox çətin vəzifənin öhdəsindən gələ biləcəklərinə ümid edirdilər. Ernesto Valverdenin komandası İngiltərədəki cavab oyununun ilk hissəsində yaxşı təsir bağışladı və fasiləyə Xaureqisarın qolu ilə üstün yollandı. Amma pireneylilər uğurlu çıxış davam etdirə bilmədilər.
Çempionlar Liqasına vəsiqə qazanmaq üçün yeganə çıxış yolunun məhz AL-də qələbə olduğunu bilən meydan sahibləri ikinci hissənin son 20 dəqiqəsində ardıcıl 4 qol vuraraq “Atletik”i yenə böyük hesabla məğlub etdilər. Ruben Amorimin komandası seriyasını 14 oyuna çatdırdı: İngiltərə nəhəngi cari mövsümdə AL-də 9 qələbə qazanıb, 5 matçı isə heç-heçə başa vurub. Amorimin ser Aleks Ferqyusonun ilk avrokubok mövsümündəki yolu ilə getdiyini də vurğulayaq: portuqaliyalı mütəxəssis baş məşqçi postuna təyinat alandan sonra komanda avrokubokda keçirdiyi 10 oyunda məğlub olmayıb (8 qələbə, 2 heç-heçə).
Bude/Qlimt (Norveç) - Tottenhem (İngiltərə) 0:2 (1:3)
Solanke, 63. Porro, 69.
Bude/Qlimt: Xaykin, Şevold, Qunnersen, Moe (Nilsen, 72), Byorkan, Evren, Berq, Saltnes (Euklenn, 72), Blomberq (Sörli, 61), Hauqe (Myaattya, 84), Hög (Helmersen, 61).
Tottenhem: Vikario, Porro, Romero, Van de Veen, Udoci, Bentankur, Bissuma, Conson (Sarr, 68), Kulusevski, Rişarlison (Tel, 61), Solanke.
“Qarabağ”ın vahid liqa mərhələsində Norveçdə 2:1 hesabıyla məğlub etdiyi “Bude/Qlimt”in avrokuboklarda ilk dəfə yarımfinala çıxmışdı. Kyetil Knutsenin komandası bu mərhələnin Londondakı ilk oyununda 1:3 hesabıyla uduzmuşdu. Qeyd edək ki, “Tottenhem” üçün də AL-də qələbə mövsümün qalan hissəsində ən vacib hədəfdi. İngiltərə daxilindəki yarışları boşa verən londonlular “Bude/Qlimt”i sfərdə də iki top fərqi ilə məğlub etdilər.
Beləliklə, AL-in finalında İngiltərə təmsilçiləri MY və “Tottenhem” qarşılaşacaqlar. Qalib komanda 2025/26 mövsümündə Çempionlar Liqasının (ÇL) əsas mərhələsinə vəsiqə qazanacaq. Başqa sözlə, ÇL-in növbəti mövsümündə İngiltərənin 6 klubu iştirak edəcək. Daha əvvəl premyer-liqada ilk 5 yeri tutan komandanın ÇL-də oynayacağı dəqiqləşmişdi. Hazırda bu mövqelərdə müvafiq olaraq “Liverpul”, “Arsenal”, “Nyukasl”, “Mançester Siti” və “Çelsi” qərar tutub. MY premyer-liqanın turnir cədvəlində 16-cı, “Tottenhem” 17-ci yeri tutur. Hər iki komanda ölkə çempionatı vasitəsilə ÇL-ə vəsiqə qazanmaq şansını itirib. Bu səbəbdən finalçılardan biri AL-in qalibi kimi ÇL-də oynamaq hüququna yiyələnəcək. Beləliklə, futbol tarixində ilk dəfə bir ölkə Avropanın ən nüfuzlu klub turnirində 6 komanda ilə təmsil olanacaq.
AL-in finalı mayın 21-də İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda keçiriləcək.
Bombardirlər: B.Fernandeş (Mançester Yunayted), Hög (Bude/Qlimt), Əl-Kaabi (Olimpiakos) - 7, Heylunn (Mançester Yunayted), Varqa (Ferentsvaroş), Omorodion (Portu), Osimhen (Qalatasaray), Fofana (Lion), Çernı (Reyncers), Ən-Nəsiri (Fənərbaxça) - 6.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 May 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri