MY mövsümü müvəqqəti məşqçi ilə başa vuracaq İki namizəddən biri Sulşerdir, digəri...
Icma.az, Fanat portalına istinadən məlumat yayır.
"Mançester Yunayted" 2025/26 mövsümünün sonuna qədər müvəqqəti baş məşqçiyə tapşırıla bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Athletic" yayıb.
Mənbənin məlumatına görə, klub rəhbərliyi hərtərəfli təhlil aparmaq və tam ştatlı əvəzedici tapmaq istəyir. Ole Qunnar Sulşer və Maykl Karrik müvəqqəti çalışdırıcı vəzifəsinə namizəddirlər. "Mançester Yunayted" rəhbərliyi onlarla görüşlər keçirəcək.
Sulşer hazırda vakant olan vəzifə üçün favorit hesab olunur, lakin son qərar namizədlərlə şəxsi görüşlərdən sonra veriləcək.
Komandanı bu gün "Börnli" ilə keçiriləcək oyuna hazırda klubun texniki direktoru olan 40 yaşlı Darren Fletçer çıxacaq. Onun komandaya ən azı iki oyun rəhbərlik edəcəyi gözlənilir.
"Mançester Yunayted" 2024-cü ilin noyabr ayından bəri komandaya rəhbərlik edən Ruben Amorimi bazar ertəsi istefaya göndərib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 07 Yanvar 2026 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















