Icma.az
close
up
RU
® “Mygov” platforması 2 yaşında 4 milyon istifadəçiyə çatıb

® “Mygov” platforması 2 yaşında 4 milyon istifadəçiyə çatıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yenilənmiş “mygov” platformasının fəaliyyətə başlamasından iki il ötür. Bu müddətdə platformanın istifadəçi sayı əhəmiyyətli dərəcədə artaraq 4 milyona çatıb. Hazırda platforma vasitəsilə vətəndaşlara 430 dövlət xidməti və 102 məlumat vahid rəqəmsal mühitdə təqdim olunur. Qeydiyyatdan keçmiş istifadəçilərin 57 faizi platformadan aylıq aktiv istifadə edir, istifadəçi məmnuniyyəti isə 97,7 faiz təşkil edir.

İki il ərzində platformanın funksional imkanlarının genişləndirilməsi, yeni rəqəmsal xidmətlərin istifadəyə verilməsi, dövlət xidmətləri və məlumatlarının vahid platformada mərkəzləşdirilməsi nəticəsində “mygov” gündəlik istifadə olunan əsas rəqəmsal dövlət platformasına çevrilib və rəqəmsal dövlət ekosistemindəki rolunu genişləndirib.

“Mygov”un başlıca məqsədi dövlət xidmətlərini vahid rəqəmsal platformada birləşdirərək vətəndaşların xidmətlərə sadə, rahat və operativ çıxışını təmin etmək, müxtəlif qurumlara və xidmət kanallarına ayrıca müraciət ehtiyacını azaltmaqdır. Bu yanaşma dövlət xidmətlərinin rəqəmsal və proaktiv formada təqdim edilməsinə, fiziki müraciətlərin, sənəd dövriyyəsinin və kağız istifadəsinin əhəmiyyətli dərəcədə azaldılmasına imkan yaradır. Bununla yanaşı, “mygov” platformasında həyat hadisələri əsaslı rəqəmsallaşma yanaşması tətbiq edilir və vətəndaşların müxtəlif həyat mərhələləri üzrə ehtiyac duyduğu dövlət xidmətlərinin vahid rəqəmsal mühitdə, daha sadə və əlaqələndirilmiş formada təqdim olunması təmin edilir.

Platformanın inkişafının mühüm istiqamətlərindən biri dövlət xidmətlərinin ayrı-ayrı platformalarda pərakəndə şəkildə təqdim edilməsindən vahid rəqəmsal mühitə keçidin təmin olunmasıdır. Bu yanaşmanın əsası 2026-cı il fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” üzrə vahid fəaliyyət planına həsr olunmuş müşavirədə qoyulub. Bu istiqamətdə aparılan işlərin davamı olaraq, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ciillər üçün Fəaliyyət Planı” təsdiq edilib və rəqəmsal dövlət xidmətlərinin “bir pəncərə” prinsipi ilə “mygov” platforması vasitəsilə təqdim olunması müəyyənləşdirilib. Bu çərçivədə artıq “e-Sosial”, “e-Su” və “e-Təbib” kimi ayrı-ayrımobil tətbiqlərdə təqdim olunan xidmət və funksionallıqlar “mygov” platformasında birləşdirilib.

Hazırda “mygov” platformasında vətəndaşların şəxsiyyət vəsiqəsi, ailə tərkibi və ailə vəziyyəti, sosial müdafiə və məşğulluq, təhsil, hərbi xidmət, nəqliyyat və sağlamlıq üzrə məlumat və sənədlərinə vahid platformadan çıxış imkanı yaradılıb. Vətəndaşlar bu rəqəmsal sənəd və məlumatları QR kod vasitəsilə paylaşa və sənədi elektron formada yükləyə bilirlər. Bundan əlavə, qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, 27 növ rəqəmsal sənəd fiziki sənədlərlə eyni hüquqi qüvvəyə malik olub. Son iki ildə “mygov”da 90-dan artıq dövlət xidməti yenidən tərtib edilərək rəqəmsallaşdırılıb. Platforma üzərindən əmək müqavilələrinin imzalanması, iş yerindən və məhkumluq haqqında arayışların əldə edilməsi, ilkin hərbi qeydiyyat, sürücülük vəsiqəsinin dəyişdirilməsi və nəqliyyatla bağlı digər xidmətlər, etibarnamələrin verilməsi, təhsil müəssisələrinə elektron qeydiyyat, işğaldan azad edilmiş ərazilərə səfər icazələrinin alınması, kommunal və digər ödənişlərin həyata keçirilməsi kimi rəqəmsal xidmətlər təqdim olunur.

“Mygov” platformasında, eyni zamanda, vətəndaşlara bir sıra funksionallıqlar da təqdim olunur. Belə ki, “mygov” üzərindən QR kod vasitəsilə dövlət və özəl qurumların platformalarına təhlükəsiz şəkildə daxil olmaq mümkündür. Bundan əlavə, “İcazələrin idarə edilməsi” funksiyası vətəndaşlara fərdi məlumat paylaşımına nəzarət imkanı verərək platformanı daha da istifadəçiyönümlü, təhlükəsiz və rahat edib. Eyni zamanda, dövlət qurumları ilə birbaşa rəqəmsal yazışma (məktubların göndərilməsi və alınması) imkanının yaradılması vətəndaş-dövlət kommunikasiyasını daha effektiv, çevik və əlçatan edərək rəqəmsal xidmət təcrübəsini əhəmiyyətli dərəcədə təkmilləşdirib.

Ümumilikdə, “mygov” üzərindən rəqəmsal məlumat və sənədlərdən istifadə sayı 8,1milyona çatıb. Ən çox istifadə olunan məlumatlar arasında şəxsiyyət vəsiqəsi məlumatları (4,11 milyon), iş yeri məlumatları (780 min), sürücülük vəsiqəsi məlumatları (283 min), ailə tərkibi (277 min), nikah haqqında şəhadətnamə məlumatları (228 min), eləcə də təhsil məlumatları, yaşayış yeri haqqında məlumatlar yer alıb.

Cari ilin avqust ayında qeydə alınan göstəricilərə əsasən, “mygov” vasitəsilə rəqəmsal xidmətlərə 2,21 milyon müraciət qeydə alınıb. Ən çox istifadə olunan xidmətlər sırasında əmək müqaviləsinin imzalanması - 766 min, iş yerinə dair arayışın əldə edilməsi - 337 min, məhkumluq haqqında arayışın alınması - 313 min, mobil cihazların qeydiyyatı - 126 min, məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu -120 min müraciətlə öndədir. Bununla yanaşı, platformada sosial müdafiə və təminat, ilkin hərbi qeydiyyat, ailə üzvləri haqqında arayışın əldə edilməsi və işğaldan azad edilmiş ərazilərə səfər icazəsinin alınması kimi xidmətlərdən də aktiv istifadə edilir.

Hazırda platformanın inkişafı Fəaliyyət Planında müəyyən edilmiş istiqamətlərə uyğun olaraq davam etdirilir. Növbəti mərhələdə dövlət xidmətlərinin “mygov”da vahid rəqəmsal mühitdə birləşdirilməsi, platformada təqdim olunan rəqəmsal dövlət xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi və istifadəçi təcrübəsinin əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcək. Xüsusi prioritet süni intellekt imkanlarının platformaya geniş inteqrasiyasına, fərdiləşdirilmiş və proaktiv xidmətlərin təqdim edilməsinə veriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Sentyabr 2026 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see423

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see300

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see293

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see284

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see274

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see257

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see241

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see233

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see206

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see173

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri