Naci Görürdən qorxunc zəlzələ proqnozu: İstədiyiniz qədər dua edin, qarşısını ala bilməyəcəksiniz
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyənin Balıkesir şəhərinin Sındırgı rayonunda baş verən, Ege və Mərmərə bölgələrində hiss edilən 6.1 maqnitudalı zəlzələdən sonra Mərmərədə güclü yeraltı təkanların olması ehtimalı yenidən gündəm olub.
Oxu.Az-ın Sondakika.com-a istinadən xəbərinə görə, bu barədə məşhur türkiyəli seysmoloq Naci Görür deyib.
Onun sözlərinə görə, Şimali Anadolu qırılma xətti dünyanın ən çox zəlzələ yaradan qırılma xətlərindən biridir.
"Bu qırılma xətti harada parçalansa, növbəti zəlzələ üçün qərb hissəsini hədəfə çevirəcək. 1999-cu ildə Kocaelidə parçalandı və biz onun qərbindəyik. İstanbulda, ən azı, 7.2 bal gücündə zəlzələ olma ehtimalı olduqca yüksəkdir", - deyə o bildirib.
Seysmoloq qırılma xəttinin hər 250 ildən bir böyük zəlzələ törətdiyini, ən son 1766-cı ildə baş verən böyük zəlzələnin üzərindən də 250 il keçdiyini xatırladıb.
"İstədiyiniz qədər dua edin, bu mexanizmi dayandıra bilməzsiniz. Zəlzələlər təbiətin dəyişməz qanunları ilə meydana gəlir", - deyə o qeyd edib.
Görürün sözlərinə görə, zəlzələdə ən böyük dağıntı İstanbulun Avropa qitəsinə düşən səmtində müşahidə ediləcək.
"Orada, təxminən, 8-9 ballıq bir zəlzələ olacağı dəqiqdir. 9 ballıq zəlzələdə ən möhkəm binalar da dağıla bilər", - deyə Naci Görür əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 15 Avqust 2025 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















