Icma.az
close
up
RU
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə Baş purokrorluğa müraciət…

Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə Baş purokrorluğa müraciət…

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

Xəzər rayonu Buzovna qəsəbəsində, Hava limanının düz yaxınlığındaca 110 fərdi yaşayış evi tikilib istifadəyə verilib, amma nə rayon rəhbərliyinin, nə də bu işə cavabdeh olan digər qurumların xəbəri olmayıb…

Tribunainfo.az bildirir ki, paytaxtda və ətraf ərazilərdə tikinti işləri aparmağın hansı çətinliklər hesabına başa gəldiyini hamı bilir. Əlaqədar təşkilatların dilin-ağzın bağlamadan daşı daş üstə qoymaq mümkün deyil. Kasıb bədbəxt bir koma tikənəcən onun ömrün-günün elə tikirlər ki, yazıq tikdiyinin içində “oxay” deyib otura da bilmir. Amma…

Ölkəmiz “amma”lar ölkəsidir nə yazıq ki. Kasıb-kusubun evini başına yıxanların bəzən gözü elə bağlanır ki, bütöv bir qəsəbənin tikintisindən xəbər tutmurlar. Qış yuxusuna gedirlərmi, fil qulağında yatırlarmı, bilmirəm. Bildiyim odur ki, Xəzər rayonu Buzovna qəsəbəsində, Hava limanının düz yaxınlığındaca 110 fərdi yaşayış evi tikilib istifadəyə verilib, amma nə rayon rəhbərliyinin, nə də bu işə cavabdeh olan digər qurumların xəbəri olmayıb.

Adamın yadına Sabir rəhmətlyin  “pay atonnan, nə ağır yatdı bu oğlan, ölübə” misrası düşür. Qaraca çoban demişkən, “ölmüşmüydün,Qazan, itmişmiydin,Qazan”?

Görəsən Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinin rəisi Read Qasımov, elə həmin idarənin Qanunsuz Tikintilərə nəzarət şöbəsinin rəisi Nadir Aslanov necə olub ki, bu boyda həngamədən xəbərsiz qalıblar. 110 evin tikintisini hər gün hava limanından uçan təyyarələr görsə də, bu cənabların gözü bağlanıb, görməyiblər.

Tutaq ki, onların gözlərini bağlayıblar, bəs yerli icra hakimiyyəti orqanları, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin  sədri Cəbrayıl Xanlarov,  Qanunsuz Tikililərə Nəzarət şöbəsinin yeni rəisi Samir Musayev hara baxırdılar? Onlardamı bu boyda qəsəbənin tikintisindən xəbər tutmayıblar?

Necə olur ki, binəva Məmmədhəsən əmi həyətində toyuq hini tikəndə bu cənablar o dəqiqə xəbərdar olur, amma 110 fərdi yaşayış evinin tikintisindən xəbər tutmurlar?

Siz elə bilirsiniz onların “xəbərsiz olduğu” təkcə bu 110 evdir. Əsla, bu 110-nun arxasına hələ neçə sıfır artırmaq olar.

Ərazi Tikinti-Planlaşdırma Mərkəzində şöbə müdiri  Fərid Hüseynovun isə deyəsən gözləri çoxdan açılıb. Hər haqq hesabıda çox gözəl bilir. Sədr Ramin Adullayevin “sağ əli” hesab edilən bu məmurun da qohumuna güvənərək “qaz vurub qazan doldurtduğu” bildirilir.

Adını çəkdiyimiz dövlət qurumlarının və onların rəhbərlərinin “xəbərsiz” olduğu tikililərdən hüquq mühafizə orqanları xəbərdar olub. İndi birbaşa Prezident Adminstrasiyasının nəzarətində ciddi yoxlamalar aparılır, əldə olunan məlumatlar birbaşa Baş Prokurorluğa göndərilir. Aparılan yoxlamalardan sonra kürkünə birə düşənlərin, yuxusu ərşə çəkilənlərin sayı çoxalıb. Deyəsən yaxında qanunsuz tikilən evləri görməzdən gələnlərin çoxunun tifağını qanuni yolla dağıdacaqlar.

Öz işinə məsuliyyətsiz yanaşan, qanunlara məhəl qoymayan məmurlar dövlət üçün ən böyük təhlükədir. Cənab prezidentin göstərişi ilə belələrinə qarşı indiyə kimi dəfələrlə sərt tədbirlər görülsə də görünür bu ,bəziləri üçün  yetərli dərs olmayıb. Əks təqdirdə böyük bir qəsəbənin tikintisini görməzdən gəlməz, bu boyda qanunsuzluğa imza atmazdılar…

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

AzFakt.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 27 Dekabr 2024 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri