Icma.az
close
up
RU
Nadir kosmik hadisə olacaq, Bakıdan da izləniləcək bu tarixdə

Nadir kosmik hadisə olacaq, Bakıdan da izləniləcək bu tarixdə

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu ilin ən güclü və parlaq meteor yağışlarından biri olan Geminid meteor yağışı bu gündən başlayaraq dekabrın 17-dək aktiv olacaq və dekabrın 14-də öz zirvəsinə çatacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Astrofizika kafedrası məlumat yayıb.

Bildirilib ki, meteor yağışının radiantı (mənbəyi) Əkizlər (latınca: Gemini) bürcündə yerləşdiyi üçün ona Geminid adı verilib.

“Bakıdan Geminid meteor yağışını saat 18:18-dən 07:22-dək müşahidə etmək mümkün olacaq. Meteor yağışının ən əlverişli müşahidə vaxtı 14 dekabr gecəsi saat 02:30 radələridir.

Bakıda radiant nöqtəsi həmin saatlarda üfüqdən 82° hündürlükdə olacaq və buna görə də əlverişli hava şəraitində saatda 119-a qədər meteor müşahidə oluna bilər.

Meteor yağışı yeni Ay fazasına təsadüf etdiyindən Ayın işığı demək olar ki, mane olmayacaq. Geminid meteorları Yer atmosferinə təxminən 35 km/san sürətlə daxil olacaq. Bu, digər meteor yağışlarına nisbətən meteorların daha parlaq görünməsinə, yanma prosesinin daha uzun olmasına, çoxlu sayda bolidlərin (çox parlaq meteorların) müşahidə edilməsinə şərait yaradır.

Geminid meteor yağışının mənşəyi digər meteor yağışlarından fərqli olaraq komet deyil, 3200 Faeton (Phaethon) asteroididir. Bu, nadir bir fenomendir. Bu asteroid 1983-cü ildə kəşf edilib. 3200 Faeton asteroidi Günəşə 20 milyon km-ə qədər yaxınlaşa bilir və bu səbəbdən onun səthi ~700°C-yə qədər qızır. Qızma nəticəsində səth materialı parçalanır və toz əmələ gəlir. Yer hər il bu toz axınından keçdikdə Geminid meteor yağışı yaranır.

Geminid meteorlarının rəngləri xüsusilə gözəldir: Sarı – natrium, yaşıl – maqnezium, mavi-ağ – dəmir qarışıqları. Bu fakt Geminidləri müşahidə baxımından daha cəlbedici edir.

Meteor yağışının gücündə son 50 ildə artım müşahidə edilib. 1900-cü illərdə 1 saatda cəmi 20 meteor müşahidə olunurdusa, indi 120 meteor müşahidə olunacaq. Buna səbəb Faeton orbitində toz sıxlığının artmasıdır.

Geminidlər 2025-ci ilin ən möhtəşəm astronomik hadisələrdən biri olacaq və hava şəraiti əlverişli olsa, Azərbaycan səması üzərində bu nadir təbiət fenomeni parlaq və unudulmaz bir mənzərə yaradacaq” – məlumatda deyilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Dekabr 2025 22:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri