Icma.az
close
up
RU
Nadir metalların “qızıl damarı”: əsas resurslara nəzarət edən 10 ölkə

Nadir metalların “qızıl damarı”: əsas resurslara nəzarət edən 10 ölkə

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Strateji metalların əhəmiyyəti artır

Müasir texnologiya və alternativ enerji mənbələrinin inkişafı fonunda nadir torpaq elementlərinə (NTE) olan tələbat getdikcə artır. Bu elementlər smartfonlardan tutmuş elektrikli avtomobillərə, külək turbinlərindən hərbi texnikaya qədər bir çox sahədə mühüm rol oynayır.

Nadir torpaq elementləri — 17 metaldan ibarət qrupdur. Onların tərkibinə 15 lantanoid, həmçinin skandium və ittrium daxildir. Bu metalların “nadir” adlanmasına baxmayaraq, onların Yer səthində qeyri-bərabər paylanması onları strateji resurs kimi son dərəcə dəyərli edir.

Dünyada bu resurslara sahib olan və onları qlobal bazarda idarə edən əsas ölkələr aşağıdakılardır:

1. Çin – 44 milyon ton
Çin dünya üzrə nadir torpaq elementlərinin hasilatı və emalı sahəsində mütləq liderdir. Ölkə ümumdünya ehtiyatlarının təxminən yarısına sahib olmaqla yanaşı, hasilat və emal zəncirinin əsas hissəsinə də nəzarət edir. Bu siyasət sayəsində Çin qlobal təchizat bazarında strateji mövqeyini qoruyur.

2. Braziliya – 21 milyon ton
Braziliya bu sahədə ikinci yerdə qərarlaşıb. Ölkə hələlik məhdud həcmdə hasilat həyata keçirsə də, hökumət yaxın illərdə istehsal gücünü artırmaq üçün geoloji kəşfiyyat və infrastruktur layihələrinə sərmayələri artırır.

3. Hindistan – 6,9 milyon ton
Hindistan nadir torpaq sənayesini gücləndirmək məqsədilə hasilatı tədricən artırır. Dövlət yeni emal müəssisələri və logistika infrastrukturuna böyük vəsait yatırır.

4. Avstraliya – 5,7 milyon ton
Sabit iqtisadiyyatı və zəngin təbii ehtiyatları ilə seçilən Avstraliya nadir torpaq metalları sənayesində əsas oyunçulardan biridir. Burada bir neçə iri hasilat layihəsi həyata keçirilir.

5. Rusiya – 3,8 milyon ton
Rusiya nadir torpaq resurslarının kəşfiyyatı və hasilatını genişləndirir. Moskva bu sahədə öz mövqeyini gücləndirmək və ixrac potensialını artırmaq niyyətindədir.

6. Vyetnam – 3,5 milyon ton
Əsas yataqlar ölkənin şimal-qərbində, Çinlə sərhəddə və şərq sahillərində yerləşir. Vyetnam hasilatı artırmaqla idxaldan asılılığı azaltmağa və ixrac gəlirlərini artırmağa çalışır.

7. ABŞ – 1,9 milyon ton
ABŞ-da əsas nadir torpaq yatağı Kaliforniyadakı “Mauntin-Pass” mədənidir. Lakin emal mərhələsində ölkə hələ də Çindən asılıdır. Vaşinqton bu asılılığı azaltmaq üçün daxili istehsal güclərini genişləndirməyi planlaşdırır.

8. Danimarka (Qrenlandiya) – 1,5 milyon ton
Qrenlandiyada yerləşən yataqlar Danimarkanı bu sahədə perspektivli oyunçuya çevirir. Hasilat hələ məhdud olsa da, ehtiyatların miqyası gələcəkdə iri sənaye layihələrinin reallaşmasına imkan yaradır.

9. Tanzaniya – 890 min ton
Tanzaniya nadir torpaq ehtiyatları baxımından böyük potensiala malikdir. Hazırda hasilat ilkin mərhələdə olsa da, bu resurslar gələcəkdə ölkəyə yeni investisiyalar cəlb edə bilər.

10. Cənubi Afrika – 860 min ton
Cənubi Afrika siyahını tamamlayır. Ölkə mühüm ehtiyatlara malik olsa da, hasilat məhdud miqyasda aparılır. Artan qlobal tələbat fonunda ölkədə yeni layihələrin reallaşdırılması planlaşdırılır.

Qlobal bazarda güc balansı dəyişir
Mütəxəssislərin fikrincə, nadir torpaq elementləri gələcəkdə enerji təhlükəsizliyinin və texnoloji inkişafın əsas faktorlarından biri olacaq. Bu resurslara nəzarət edən ölkələr yalnız iqtisadi deyil, həm də geosiyasi üstünlüklər qazanır.

Analitiklər hesab edirlər ki, yaxın illərdə bu bazarda rəqabət daha da güclənəcək və əsas mübarizə hasilat deyil, emal texnologiyalarına və təchizat zəncirlərinə nəzarət uğrunda gedəcək.

S.ELAY

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Oktyabr 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri