Nadir Qafarzadə: “Ondan sonra çox çətinlik çəkdim”
Icma.az, Adelet.az saytına istinadən bildirir.
Nadir Qafarzadə uzun zamandan sonra ailəsindən danışıb.
Adalet.az bildirir ki, gəncliyindən və anasını xatırlayıb:
“Həmişə deyirəm ki, pul hər şey deyil. Pulumuz yox idi, çox kasıb idik. Ancaq Anam var idi, bacılarım yanımda idi. Kasıb olsaq da, o qədər xoşbəxt idik ki. İndi hər kəs bir ev-eşik sahibidir. Hamı demək olar ki, öz ailəsinin qayğısını çəkir. Anam dünyasın dəyişəndən sonra həyatımda çox şey dəyişdi. Ondan sonra çox çətinlik çəkdim. Anamın 40 günü keçməmiş gedib toylarda oxuduğum üçün məni qınadılar. Ancaq həmin məni qınayan adamlar mənə 10 manat vermədilər ki, al bunu ananın yas mərasimini keçir. Heç kəsdən heç nə ummuram. Ancaq deyirəm ki, heç kəsi qınamaq olmaz. Axı bu mənim peşəmdir. Peşəmdən pul qazanmalıyam. Ən çox ona yanıram ki, kasıblıqdan qurtulub gözəl günlər yaşadığımı anam görmədi. Ona ürəyim istəyən kimi baxmağı Allah mənə qismət etmədi. Nə edək? Buna qədər- qismət deyirəm”.
Əntiqə
Baxış sayı:113
Bu xəbər 06 Fevral 2026 09:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















