Nadir Qafarzadədən təşkilatçılara sərt sözlər Video
Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müğənni Nadir Qafarzadə toy təşkilatçılığı ilə məşğul olan bəzi şəxsləri tənqid edib.
Axşam.az xəbər verir ki, sənətçi bu barədə danışarkən bəzi təşkilatçıların toy sahiblərinə təsir göstərərək müğənni seçiminə müdaxilə etdiklərini bildirib. N.Qafarzadə həmin şəxsləri həmkarlarının haqqına girməkdə ittiham edib:
“Sözüm haram yeyənlərədir. Burada bütün musiqiçilər adından danışıram. Ürəkləri yoxdur, mən böyükürəkliyəm, danışıram. Mübarizə aparmağı bacarıram. Bəzi təşkilatçılar var ki, toy sahibini yönəldirlər. Bir adamı pisləyib mənasız müğənnilərini toy sahibinin beyninə yeridirlər. Toy sahibi istədiyini çağıra bilmir. Utanmırsınız, evinizə haram pul aparırsınız?
Elza Seyidcahan demişkən, tikək sizin ağzınızı. Böyük qıyıqla tikək ki, ağzınızı açıb başqasının haqqında danışmayasınız, ədalətli olasınız. Başqasının haqqına girməyəsiniz. Sizdən üzr də istəmirəm”.
Müğənni əlavə edib ki, bu sözləri maddi qazanc əldə edə bilmədiyi üçün demir:
“Gileylənmirəm, elə indi toyumdayam. Sabah da, o biri gün də toydayam. Amma söhbət sizin işi burmağınızdan gedir. Tək mən yox, digər həmkarlarımız var. Niyə də qazanmayıq? İnsan həyata pul qazanmaq üçün gəlib. Siz şeytansınız, Allahın sizdən xəbəri yoxdur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 17 Oktyabr 2026 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















