Nadir yaşıl meteorit görünüb
Icma.az bildirir, Azpost saytına əsaslanaraq.
Böyük Britaniyanın Nottinhem şəhəri sakinləri ötən gecə səmanın nadir mənzərəsinə şahidlik ediblər. AzPost xəbər verir ki, Daily Star nəşrinin məlumatına görə, şəhər üzərindən parlaq yaşıl işıq saçan meteorit keçib.
Gözlə görünəcək qədər parlaq olan bu kosmik obyekt arxasında yaşıl rəngli quyruq buraxıb. Mütəxəssislərin sözlərinə görə, meteoritin tərkibində yüksək miqdarda nikel və maqnezium ola bilər ki, bu da onun yaşıl parlaqlığını izah edir.
Hadisə zamanı şəhər sakinləri sosial şəbəkələrdə çoxsaylı foto və videolar paylaşaraq səmanın qeyri-adi mənzərəsini əks etdiriblər.
Böyük Britaniyanın astronomiya üzrə mütəxəssisləri hadisəni artıq şərh ediblər. Onların sözlərinə görə, bu meteorit hələlik tanınmış heç bir meteor axınına aid edilməyib və mənşəyi araşdırılır.
Elm adamları əlavə müşahidələrin aparıldığını, meteoritin atmosferdə parçalanma trayektoriyasına əsasən yaxın günlərdə daha dəqiq məlumat veriləcəyini bildiriblər.
Paylaş


