Naftalanda vətəndaşların suvarma suyu ilə bağlı müraciətləri dinlənilib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 15 may, AZƏRTAC
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov mayın 15-də Naftalan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Naftalan, Goranboy, Xocalı və digər rayonlardan olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə sədr Zaur Mikayılov və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Arzu Məmmədov Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla anıblar.
Daha sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, yeni subartezian quyuların qazılması, təmiri, bərpası, içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Sakinlər bölgələrdə vətəndaşlarla görüşün və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 15 May 2026 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















