Icma.az
close
up
RU
Menu

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Nağdlaşdırma səviyyəsi 87% dən 43% ə düşüb

Nağdlaşdırma səviyyəsi 87% dən 43% ə düşüb

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

“Mastercard” Azərbaycan Mərkəzi Bankı (AMB) ilə əməkdaşlıq çərçivəsində “Azərbaycanda rəqəmsallaşmanın növbəti dalğası” adlı araşdırma sənədini dərc edib. Bu müfəssəl araşdırma rəqəmsal ödənişlərin iqtisadi artımın sürətləndirilməsi, şəffaflığın artırılması və ölkədə maliyyə inklüzivliyinin gücləndirməsindəki rolu barədə danışır.

Araşdırma Azərbaycanın rəqəmsal iqtisadiyyatının on il ərzindəki tərəqqisini nəzərdən keçirir. Bu sənəddə transformasiyanın növbəti mərhələsi, xüsusilə də rəqəmsallaşma vasitəsilə kiçik və orta bizesin (KOB) gücləndirilməsi önə çəkilir. Araşdırma çoxqatlı tədqiqat metodologiyasına əsaslanır. Belə ki, araşdırma çərçivəsində 810 KOB və 600 istehlakçının iştirak etdiyi iki ölkəmiqyaslı sorğu, tərəfdaşlarla 18 müsahibə, altı fokus qrupu, gizli müştəri təlimləri və 40 ölkədə 60-dan çox təşəbbüsün qlobal müqayisəli təhlili təşkil olunub. Sənəd maliyyə sektorunda rəqəmsal transformasiya üçün təkamülü, mövcud vəziyyəti və gələcək yol xəritəsini özündə cəmləyir. Maliyyə sektoru üzrə siyasət çərçivəsini müəyyən edən tərəflər, maliyyə institutları, KOB və sənayedə fəaliyyət göstərən tərəfdaşlara xitab edən yeni məlumatlar dövlət-özəl əməkdaşlığının milli iqtisadiyyatda yeni səmərəlilik, dayanıqlılıq və rəqabət səviyyələrinin müəyyən olunmasını vurğulayır.

Azərbaycanda rəqəmsal ödənişlərin sürətli inkişafı

Rəqəmsal ödənişlər səmərəli, təhlükəsiz və şəffaf maliyyə əməliyyatlarına imkan yaratmaqla müasir iqtisadiyyatlar üçün mühüm əhəmiyyət kəsb edir. “Mastercard” və AMB tərəfindən 2017-2023-cü illəri əhatə edən “Nağdsız Azərbaycan” təşəbbüsü  ölkədə rəqəmsal əməliyyatların inkişafına əhəmiyyətli töhfə vermişdir. Müvafiq dövr ərzində kart əməliyyatlarının ümumi dəyəri altı dəfə artıb, nağdlaşdırmanın payı isə 87%-dən 43%-ə düşüb. Bu tendensiyalar hökumətin fəaliyyəti nəticəsində nağdız ödənişlərə qarşı münasibətdə köklü dəyişiklik, innovativ texnologiyaların tətbiqi və rəqəmsal infrastrukturun genişlənməsini əks etdirir.

KOB-lar rəqəmsal transformasiyanın mərkəzində

Bu tendensiyanın davamı kimi, “Mastercard” və AMB-nin araşdırması KOB-ları Azərbaycanın rəqəmsal iqtisadiyyatının növbəti inkişaf mərhələsinin təkanverici qüvvəsi olaraq vurğulayır. Hazırda təxminən 380.000 KOB-un əlavə dəyərə 17 milyard manatdan çox töhfəsi olsa da, bir çoxu hələ də əsasən nağd pulla fəaliyyət göstərir. Rəqəmsal alətlərə və ödəniş həllərinin əlçatanlığının təmin olunması KOB-ların yeni bazarlara çıxış imkanlarının genişləndirilməsinə  və iqtisadi əlaqələrinin dərinləşdirilməsinə kömək edə bilər.

Azərbaycan təsirli irəliləyiş göstərsə də, növbəti böyük irəliləyiş pərakəndə satış və KOB ödənişlərində nağd puldan istifadənin azaldılmasındadır. AMB-nin “2024-2026-cı illər üçün maliyyə sektorunun inkişaf Strategiyası” pərakəndə ticarətdə nağdsız ödənişin payının 40%-dən çox olmasını, müştəri köçürmələrində rəqəmsal kanalın payının 90%-i üstələməsini və nağdsız kart əməliyyatlarının ümumi kart əməliyyatlarının 70%-dən çoxunu təşkil etməsini hədəfləyir ki, bu da Azərbaycanın regional rəqəmsal liderlər arasında mövqeyini möhkəmləndirir.

AMB ilə birlikdə “Mastercard”ın rəqəmsal transformasiyanın növbəti mərhələsi üçün baxışı KOB-ların daha dərin iştirakına, daha geniş rəqəmsal ödəiş qəbuluna və maneəsiz əməliyyat təcrübəsinə yönəlib ki, bu da hər bir əməliyyatın daha şəffaf və dayanıqlı maliyyə sisteminə töhfə verməsini təmin edir.

Əməkdaşlığın gələcək inkişafı

“Mastercard” və AMB-nin birgə araşdırmasında aşağıda sadalanan məqamlarla yanaşı rəqəmsallaşmanın tətbiqinin sürətləndirilməsi üçün bir sıra praktik tövsiyələr yer alır:

• Prosesi asanlaşdırmaq üçün KOB-lar arasında rəqəmsal ödənişlərin qəbulunun genişləndirilməsi

• Rəqəmsal əməliyyatlar üçün təşviqlərin gücləndirilməsi

• KOB-lar arasında maliyyə savadlılığının və rəqəmsal etimadın artırılması

• Dövlət qurumları, banklar və fintex şirkətləri arasında əməkdaşlığın dərinləşdirilməsi

“Mastercard”ın AMB ilə tərəfdaşlığı haqqında

“Mastercard” və AMB 2017-ci ildə “Nağdsız Azərbaycan” proqramının tətbiqindən etibarən rəqəmsallaşmanın inkişafında strateji tərəfdaşlara çevriliblər. Belə ki, təşkilatlar elektron ödənişləri genişləndirmək, kibertəhlükəsizliyi gücləndirmək və maliyyə sektorunda innovasiyaları təşviq etmək üçün bir sıra müştərək təşəbbüslər həyata keçiriblər. Birgə araşdırma bu əməkdaşlığın növbəti mərhələsini təmsil etməklə dayanıqlı inkişafa yönəlib.

İstinadlar:

- AMB, “Mastercard Advisors”un təhlil materialı

- “Mastercard Advisors”un təhlil materialı

- Azərbaycan Dövlət Statistika Komitəsi (DSK)

- Azərbaycan Mərkəzi Bankı (AMB)

“Mastercard” haqqında

“Mastercard” dünya üzrə 200-dən çox ölkə və ərazidə iqtisadiyyatları və insanları dəstəkləyir. Müştərilərimizlə birgə hər kəsin inkiaf edə biləcəyi dayanıqlı iqtisadiyyat qururuq. Biz geniş çeşiddə rəqəmsal ödəniş seçimlərini dəstəkləyir, əməliyyatları təhlükəsiz, sadə, ağıllı və əlçatan edirik. Texnologiyamız və yeniliklərimiz, tərəfdaşlıqlarımız və şəbəkələrimiz birləşərək insanlara, müəssisələrə və hökumətlərə ən böyük potensiallarını reallaşdırmağa kömək edən unikal məhsul və xidmətlər dəsti təqdim edir.

www.mastercard.com 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Fevral 2026 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see378

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see370

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see364

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see339

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see334

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see255

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see243

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see237

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see236

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see230

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see227

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see223

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see213

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see210

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see210

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see204

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see197

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see178

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see173

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri