Nahar fasiləsi həyatını dəyişdi: qadın 822 min dollar uddu
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
ABŞ-ın Micçiqan ştatının sakini Sue Strong uzun illər uğursuz cəhdlərdən sonra lotereyada 822 min dollar udub.
Milli.Az xəbər verir ki, bu barədə People Magazine yazıb.
65 yaşlı Syu bildirib ki, o, mütəmadi olaraq Club Keno lotereyasında iştirak edirdi. Növbəti lotereya biletini isə nahar fasiləsinə çıxanda alıb. O, bilet ilə birlikdə pizza götürərək masaya əyləşib və yemək yeyərkən qazandığını anlayıb.
Yaşlı qadın lotereyanın rekord məbləğdə mükafatını əldə edib. Bundan əvvəl Club Keno lotereyasında ən böyük uduş 2025-ci ilin martında oynanılan 677 min dollar (52,5 milyon rubl) idi.
"Çox təəccübləndim. Açığı, bu, inanılmaz dərəcədə həyəcanlı idi. O vaxtdan bəri demək olar ki, düzgün yata bilməmişəm", - deyə Syu etiraf edib.
O bildirib ki, qazancın bir hissəsini ailəsi ilə bölüşəcək, bir hissəsini köhnə borclarını ödəməyə sərf edəcək, qalan məbləği isə hələlik kənara qoymağı planlaşdırır.
Ayxan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:198
Bu xəbər 06 Mart 2026 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















