Naina İbrahimova 150 ölkənin qatıldığı gözəllik yarışmasında
Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi, Əməkdar artist Naina İbrahimova Azərbaycanı Misirdə keçiriləcək "Beauty queen of the universe" beynəlxalq gözəllik yarışında təmsil edəcək.
Axşam.az xəbər verir ki, yarışma ötən gün start götürüb. Aktrisa bununla bağlı Misirə yollanıb. 150 ölkədən olan xanımın qatıldığı yarışmada münsif kürsüsündə də fərqli peşə sahibləri oturub.
Bir çox ölkədən ola simaların yer aldığı münsiflər arasında Azərbaycandan modelyer Leyla Əhmədova var.
51 yaşlı N.İbrahimova ötən gün açılış mərasimində podiuma çıxıb. Təmsilçilər 10 gün paytaxt Qahirədə qalacaq, müxtəlif tədbirlərə qatılacaq və şəhəri gəzəcəklər.
Yarışmanın finalı dekabrın 6-da olacaq.
Müsabiqədə ABŞ, İspaniya, Estoniya, Özbəkistan, Meksika, Mərakeş, Fransa, Almaniya, Livan və digər ölkələrdən olan gözəllər yarışır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 28 Noyabr 2024 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















