Naməlum dronlar Finlandiyanın hava məkanını pozub
Icma.az, Sherg.az saytına istinadən bildirir.
Finlandiya Müdafiə Nazirliyi bazar günü ölkənin cənub-şərqində iki pilotsuz təyyarənin qəzaya uğraması barədə məlumat verib.
"Report"un "Reuters"ə istinadən xəbərinə görə, bu barədə ölkənin müdafiə naziri Antti Hakkyanen bildirib.
"Dronlar Finlandiya ərazisinə daxil olub. Biz bu məsələyə çox ciddi yanaşırıq", - nazir sosial şəbəkədə yazıb və insidentlə bağlı araşdırmanın aparıldığını əlavə edib.
Ölkənin Müdafiə Nazirliyindən qeyd edilib ki, bazar günü səhər dəniz akvatoriyası üzərində və Finlandiyanın cənub-şərq hissəsində kiçik hündürlükdə yavaş hərəkət edən bir neçə kiçik obyekt aşkar edilib. Dronların haradan gəldiyi məlum deyil. Dronlardan biri Kouvola şəhərindən şimaldakı, digəri isə şərqdəki əraziyə düşüb.
Bəyanatda bildirilib ki, Finlandiya Hərbi Hava Qüvvələri "F/A-18 Hornet" qırıcısından istifadə edərək identifikasiya uçuşu həyata keçirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 29 Mart 2026 19:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















