Namibiyalı nazir: İqlim dəyişikliyi ilə mübarizədə maliyyə dəstəyi həyati əhəmiyyət kəsb edir AZƏRTAC
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 18 sentyabr, AZƏRTAC
İqlim maliyyələşdirilməsi artıq yalnız danışmaqla bitməməlidir, əməllər vacibdir. Xüsusən inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün maliyyə iqlim tədbirlərini həyata keçirmək və hədəflərə çatmaq üçün əsas vasitədir.
Bu barədə AZƏRTAC-a müsahibəsində Namibiyanın ətraf mühit və turizm naziri Pohamba Penomwenyo Şifeta bildirib. O, iqlim maliyyələşdirilməsinin vacibliyini vurğulayıb və bu sahədə konkret addımların atılmasının zəruriliyini qeyd edib.
Nazir Azərbaycanın COP29-a təşkilatçılığını və yerli xalqın qonaqpərvərliyini yüksək qiymətləndirib: “COP29-un təşkilatçılığı və burada xalqın göstərdiyi qonaqpərvərlikdən çox məmnunam. Azərbaycan hökumətinə və xalqına gözəl işlər gördükləri üçün təşəkkür edirəm”,- deyə nazir qeyd edib.
Azərbaycana ilk dəfə 15 il öncə səfər etdiyini deyən nazir ölkəmizin son 15 il ərzində dəyişdiyini, inkişaf etdiyini vurğulayıb. O, həmçinin Azərbaycanın bərpaolunan enerji sahəsindəki irəliləyişlərinin iki ölkə arasında gələcək əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığını qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 18 Noyabr 2024 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















