Namik Ələskərov: “Yeni müqavilə haqda düşünməyə vaxtım olmayıb”
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
“Sona kimi mübarizə apardıq”.
Bunu İdman.biz-ə “Sabah”ın futbolçusu Namik Ələskərov deyib.
30 yaşlı yarımmüdafiəçi "Qarabağ"ı məğlub etdikləri (3:2) Azərbaycan Kubokunun final oyunu ilə bağlı fikirlərini bölüşüb: “Çempionat bizim üçün heç də uğurlu keçmədi. Bütün ümidimiz kuboka idi. Çoxdandır ki, bu oyuna hazırlaşırdıq. Əvvəlcədən də danışmışdıq ki, hesabdan asılı olmayaraq, sona kimi mübarizə aparacağıq. Belə də etdik. Məhz bunun nəticəsidir ki, son dəqiqədə qol vurduq. Bu da bizim mübarizə əzmimizdən xəbər verir. Hədəfimiz kubok idi, buna da nail olduq”.
O, hakimliklə bağlı “Qarabağ” tərəfinin iddialarına münasibət bildirmək istəməyib: “Bu barədə mənim nəsə deməyim düzgün deyil”.
İyunun sonu “Sabah”la müqaviləsi bitəcək Ələskərov komandada qalıb-qalmayacağını ilə bağlı sualı belə cavablandırıb: “Xeyli müddətdir ki, kubok oyununa kökləndiyim üçün bu haqda düşünməyə vaxtım olmayıb. Bundan sonra sözügedən mövzuda düşünəcəm”.
Qeyd edək ki, gərgin mübarizə şəraitində keçən Azərbaycan kubokunun final qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. “Sabah” 90+6-cı dəqiqədə məğlubiyyətdən qaça bilib. Komanda 119-cu dəqiqədə qələbə topunu da vuraraq, tarixində ilk titulunu qazanıb.
Aytac Sahəd
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 03 İyun 2025 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















